12px13px15px17px
Tarix:07/12/13

"Twitter”ə mobil telefonlarda internetsiz daxil olmaq mümkün olacaq


"Röyters" xəbər agentliyinin yaydığı məlumata əsasən, "Twitter" mikrobloqlar xidməti internetə çıxış imkanına malik olmayan mobil telefonlarda əlçatan olacaq. Şirkət Sinqapurun "U2opia Mobile" startapı ilə müvafiq saziş bağlayıb.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, yeni xidmət 2014-cü ilin birinci rübündə işə salınacaq. Xidmət inkişaf etməkdə olan ölkələrdə büdcəyə uyğun mobil telefon istifadəçiləri üçün nəzərdə tutulub. "Twitter"in populyar xəbərlər lentini oxumaq üçün  xüsusi kod yığmaq lazımdır.
"U2opia Mobile" startapının artıq "Facebook" və "Google Talk" ilə oxşar layihələri var. Startap 30 ölkədə təqdim edilib və öz xidmətlərini 7 dildə təklif edir.

Xatırladaq ki, "Wikimedia Foundation" fondu bu yaxınlarda "Airtel" şirkəti ilə birgə layihə təqdim edib. "Wikipedia" ensiklopediyasına oflayn giriş üçün ödənişsiz SMS xidmətindən söhbət gedir. Yeni xidmət "Wikipedia Zero" adlanır.

Emil Hüseynov
 



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024