12px13px15px17px
Tarix:07/12/13

İnternetdə dünya dillərinin yalnız 5 faizindən istifadə edilir


İnternetdə Yer kürəsində yaşayan insanların danışdığı 7776 dildən yalnız 388-dən istifadə edilir. Bu barədə “BBC” televiziya şirkətinin sifarişi ilə aparılan araşdırmada deyilir.   

Cari ilin aprelinə internetdə mövcud olan ümumi mətnli məlumatların 54,9 faizini ingilis dili təşkil edib. İkinci yeri 6,1 faizlə rus dili tutub. İlk üçlüyü alman dili tamamlayır (5,3faiz). Sonrakı yerlərdə ispan (4,8 faiz), Çin (4,4 faiz), fransız (4,3 faiz), yapon (4,2), ərəb (3 faiz), portuqal (2,3 faiz), Polşa (1,8 faiz), italyan (1,5 faiz), türk (1,4 faiz), holland (1,1 faiz), fars (1 faiz) dilləri qərarlaşıb.   

Tədqiqatçılar qlobal şəbəkəni yerə düşdükdən sonra Yer kürəsindəki dinozavrların məhvinə səbəb olan kometa ilə müqayisə ediblər. Alimlərin fikrincə, qlobal şəbəkədə təmsil olunmayan dilləri də bu cür aqibət gözləyir, - "Computerworld www.osp.ru” yazır.
 
 



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024