12px13px15px17px
Tarix:07/12/13

“Huawei”: “Smartfonların inkişafı genişzolaqlı internetdən asılıdır”

Simsiz genişzolaqlı internetin mövcudluğu mobil qurğu və servislər üçün başlıca şərt olacaq. Bu barədə Çinin “Huawei” şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri Van Bao jurnalistlərlə görüşdə bildirib.    

Van Baonun fikrincə, gələcəyin əsas tendensiyası genişzolaqlı internetə çıxışın inkişafı olmalıdır. Bununla yanaşı, texnologiyaların inkişafı və yeni nəsil şəbəkələrə keçid üçün əsas stimul istifadəçilərə informasiyanın ötürülməsinə görə xərclərin azaldılması olacaq.

“İstifadəçilər, istehlakçılar, korporativ sektor və kompüterlər üçün trafikə tələbat daima artacaq. Terminallarla keyfiyyətli işi təmin etmək üçün biz ilk növbədə müvafiq rabitə kanallarını təmin etməliyik. Güman edirəm ki, bu sənayedə yaxın vaxtlarda əhəmiyyətli dəyişikliklər baş verəcək”, - Van Bao qeyd edib.

Onun sözlərinə görə, hazırda “Huawei”in əsas fəaliyyət istiqaməti ilk növbədə “LTE” texnologiyasına əsaslanan avadanlıq və servislərin inkişaf etdirilməsidir.   

2018-ci ilədək Çin istehsalçısı məlumatları saniyədə 10 giqabit sürəti ilə ötürməyə imkan verən “5G” şəbəkələrinin inkişafına 600 milyon dollar investisiya yatırmağı və 2020-ci ilədək onların kommersiya istifadəsinə başlamağı planlaşdırır, - “Digit www.digit.ru” yazır.  



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024