Tarix:07/12/13
Azərbaycanda rabitə xidmətlərinin tarifləri 2014-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, Tarif Şurasının təsdiq etdiyi tariflərin azaldılması ilə bağlı rəsmi məlumatlar rabitə birlik və idarələrinə gələn həftə təqdim ediləcək.
"Gələn həftə rabitə birlik və müəssisələri yeni tariflərin necə tətbiq ediləcəyi haqda rəsmi məlumat təqdim edəcək. İlk növbədə qeyd etmək istərdim ki, beynəlxalq danışıqlar üzrə müxtəlif istiqamətlər üzrə bir tarif müəyyən edilib - 32 qəpik, İP-telefon üzərindən edilən zənglərin tarifi "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə birgə müzakirə olunub müəyyən ediləcək. Telefon xidmətlərindən istifadəyə görə aylıq abunə haqları əvvəl büdcə təşkilatları üçün 3 manat, qeyri-büdcə təşkilatlarında 7 manat təşkil edirdi, bu da hansı istifadəçilərin hansı kateqoriyaya aid olmasını müəyyən etməkdə çətinlik yaradırdı. Şəffaflığı təmin etmək məqsədi ilə tariflər iki kateqoriyaya bölünüb: vətəndaşlar və təşkilatlar. Vətəndaşlar aylıq telefon xidmətləri üçün 2,5 manat, büdcə təşkilatları isə 7 manat ödəyəcəklər", - deyə o bildirib.
Aynur Vəliyeva
Azərbaycanda yeni rabitə tarifləri yeni ildən qüvvəyə minəcək

Baxış sayı: 2269
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı