12px13px15px17px
Tarix:09/12/13

“Huawei” Böyük Britaniya universitetləri ilə birgə tədqiqat proqramına 10 milyon funt yatıracaq


“Huawei” şirkəti Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə texnoloji tədqiqat proqramlarına 10 milyon funt yatırmaq niyyətindədir. Şirkətin Böyük Britaniyada ümumi dəyəri 2 milyard dollar təşkil edən geniş investisiya proqramı 2017-ci ilədək həyata keçiriləcək.  

Böyük Britaniyanın iri universitetləri ilə əməkdaşlıq çərçivəsində qabaqcıl multimedia texnologiyaları, optik rabitə, İT, ekoloji radiorabitə, “5G” şəbəkəsi, simsiz rabitə və yeni məhsulların hazırlanması sahəsində tədqiqat proqramlarının tətbiqi nəzərdə tutulur.  

Universitetlərin yüksək maliyyələşdirmə səviyyəsi “Huawei”in dünyanın ali təhsil müəssisələri ilə elmi tədqiqatlar sahəsində uzunmüddətli əməkdaşlıq inkişaf üçün istifadə olunan qlobal innovasiya tədqiqatları proqramı tərəfindən təmin edilir. Çin istehsalçısı hər il elmi tədqiqatlara gəlirinin 10 faizini investisiya edir. 2012-ci ildə investisiyaların məbləği 4,8 milyard dollar təşkil edib.   

Yeni tədqiqat proqramları “Huawei” şirkətinə son istifadəçilər, şəbəkələr, eləcə də korporativ bazar üçün həllərin optimallaşdırılması üçün qabaqcıl texnologiyaların tətbiqində kömək edəcək. Şirkət Böyük Britaniyada “BT” və “EE” operatorları ilə əməkdaşlıq edir.

Qeyd edək ki, “Huawei” hazırda dünyanın üçüncü ən böyük smartfon tədarükçüsüdür, - "CNews www.3news.ru” yazır.  



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024