12px13px15px17px
Tarix:09/12/13

Rabitə sahəsində muzdla işləyənlərin əməkhaqları yüksək olub

2013-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub və onlardan 901,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 603,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib. DSK-dan bildirilib ki, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.
2013-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 416,7 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
DSK-dan o da qeyd edilib ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə əmtəə ixrac olunub, 138 ölkədən idxal edilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.
 
İxrac məhsulları arasında mexanizm, elektrik aparatları, avadanlıqları və digərləri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5 faiz artaraq 1,4 milyard dollar təşkil edib.
 
SEYMUR



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024