12px13px15px17px
Tarix:09/12/13

Rusiyada MNP-nin istismarının ilk həftəsində 5,7 min abunəçi operatorunu dəyişmək istəyini bildirib


Rusiyada MNP sisteminin istifadəyə verilməsinin ilk həftəsində 5721 abunəçi operatoru dəyişmək istəyini bildirib.

“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, sistem Rusiyada dekabrın 1-dən etibarən istifadəyə verilib. Sistemin istismara verilməsindən iki gün öncə Dmitri Medvedev 2014-cü il aprelin 15-dək keçid dövrünün olacağı haqda  hökumət sənədi imzalayıb. Bu o deməkdir ki, bu vaxtadək operatorlar digər operatorların şəbəkələrindən gələn abunəçilərə nə vaxtdan xidmət edəcəklərini özləri müəyyən edirlər.

“Sektorun əsas operatorları bu xidmətin göstərilməsinə dekabrın 1-dən artıq hazırdır, lakin bu tarixdən nömrənin keçirilməsi ilə bağlı şəbəkənin sazlanması işləri aparılacaq. Abunəçi şəbəkədən şəbəkəyə keçidi, heç olmasa, gələn ilin əvvəlinədək yubada bilərsə, daha yaxşı olar”,- deyə Rusiyanın rabitə nazirinin müavini Dmitri Alxazov bildirib.

Xidmətin qiymətini qəbul edən operator müəyyən edir, lakin bu qiymət 100 rubldan çox olmamalıdır. Aprelin 7-dən sonra şəbəkədən şəbəkəyə keçid fiziki şəxslər üçün 8 gün, hüquqi şəxslər üçün isə 29 gün təşkil edəcək.

Ekspertlərin fikrincə, ilk vaxtlar bu xidmətdən istifadə etmək istəyənlər daxil olan xarici zənglər, SMS və MMS-lərlə, həmçinin üçüncü şəxslər vasitəsilə ödənişlərlə problemlər yaşaya bilərlər.

Aynur Vəliyeva



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024