Tarix:10/12/13
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “840 EVO” SSD-toplayıcısının “mSATA” formatında yüksəksürətli versiyasını təqdim edib.
“mSATA” formatında yeni “840 EVO” toplayıcısı 2,5 düym form-faktora malik olmaqla adi SSD-toplayıcılarından dörd dəfə kiçikdir, lakin 1 terabaytadək tutuma malikdir. Qurğunun çəkisi 8,5 qram, qalınlığı 3,85 millimetr təşkil edir. Kompakt ölçülər onu hazırda toplayıcıları kiçik tutuma malik olan ultrabuk və “Windows” əməliyyat sistemli planşet kompüterlərdə tətbiq etməyə imkan verir.
Cənubi Koreya şirkəti nümayəndələrinin sözlərinə görə, "840 EVO” 10 nanometrlik texnoloji proses üzrə hazırlanan 128 giqabayt tutumlu “NAND” tipli yüksək məhsuldarlıqlı fləş-yaddaş mikrosxemləri əsasında qurulub. Bu çiplərin kütləvi istehsalına cari ilin aprelində başlanıb.
Qeyd edək ki, “Samsung Electronics” Cənubi Koreyanın nəhəng operativ və fləş-yaddaş mikrosxemləri, eləcə də məişət və kompüter elektron texnikası istehsalçısıdır, - "Digit www.digit.ru” yazır.
“Samsung” ultrabuklar üçün dünyanın ilk 1 terabaytlıq toplayıcısını təqdim edib

Baxış sayı: 678
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır