Tarix:10/12/13
Kanadanın “BlackBerry” şirkəti rəhbərliyini dəyişərək və investisiya alaraq fəaliyyətin yenidən təşkilini davam etdirəcək, eləcə də əsas diqqətini servis və proqram təminatına yönəldəcək.
Bildirilir ki, şirkət smartfonların istehsalı üzrə biznesi ikincidərəcəli etməyi planlaşdırır. Belə ki, əsas səylərin servislərə, o cümlədən “BlackBerry Messenger” (BBM) messencerinə istiqamətlənməsi gözlənilir.
Hazırda ani məlumat mübadiləsi üçün nəzərdə tutulan bu xidmət 80 milyon abunəçi auditoriyasına malikdir ki, bunun da 20 milyonu "Android” və “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləridir.
Kanada istehsalçısı “BBM”-in tanıdılması proqramı çərçivəsində İndoneziya, Hindistan və digər inkişaf etməkdə olan ölkələrdə tərəfdaşların dəstəyini qazanıb. Sözügedən ölkələr öz “Android” sistemli aparatlarında “BBM” messencerinin quraşdırılması ilə bağlı öhdəlik götürüblər.
Şirkət diqqətini proqram təminatına yönəltməsinə baxmayaraq telefon bazarını tərk etmək niyyətində deyil. Bu barədə “BlackBerry”nin müvəqqəti baş direktoru Con Çen bildirib. Onun sözlərinə görə, smartfon istehsalı şirkət üçün idarəetmə qurğuları və “BBM” ilə yanaşı, vacib fəaliyyət istiqaməti olaraq qalır.
Xatırladaq ki, "BlackBerry” şirkətin səhmlərini 4,7 milyard dollara “Fairfax Financial Holdings” investisiya konsorsiumuna satmaqdan imtina edərək baş direktoru işdən azad edib və investisiyalar cəlb etməyə başlayıb, - "3DNews www.3dnews.ru” yazır.
“BlackBerry” telefon istehsalını ikincidərəcəli biznes edəcək

Baxış sayı: 692
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır