12px13px15px17px
Tarix:10/12/13

Azərbaycan Prokurorluğu “Gələcəyin informasiya texnologiyaları” konfransında təmsil olunub


Tbilisidə Gürcüstanın Ədliyyə Nazirliyinin dəstəyi ilə "Gələcəyin informasiya texnologiyaları" adlı 6-cı Regional GİTİ-2013 (Gürcüstan - İnformasiya Texnologiyaları və İnnovasiya) konfransı keçirilib.

"ICTnews" elektron xəbər xidməti Azərbaycanın Baş Prokurorluğuna istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın ədliyyə naziri, həmin ölkənin İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Ticarət Şurasının prezidenti, Avstriyanın E-hökumət üzrə Federal icra katibi, "Microsoft" şirkətinin regional meneceri, Gürcüstanın Ədliyyə, Maliyyə, İqtisadiyyat və Davamlı İnkişaf, Əmək, Səhiyyə və Sosial İşlər nazirliklərinin, həmçinin Amerika Birləşmiş Ştatları, Avstriya, Latviya, Polşa, Belorus, Ukrayna və digər ölkələrin dövlət, qeyri-dövlət orqanlarının rəhbər vəzifəli şəxsləri və nümayəndələri iştirak ediblər.

30-dan artıq ölkənin 400-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Prokurorluğunu Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin rəhbəri Murad Dadaşov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin kafedra rəisi Günay Əyyubova təmsil ediblər.

Konfrans zamanı Gürcüstanda və digər ölkələrdə İKT sahəsi üzrə yaradılan imkanlar, onlardan dövlət və özəl sektor, eləcə də vətəndaşların geniş istifadəsi imkanları barədə ətraflı məlumat verilib, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kibercinayətkarlığın qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi, seçkilərdə elektron səsvermə sistemindən istifadə olunması, cinayət işləri üzrə icraatın elektron formada aparılması, vətəndaşlara müxtəlif sosial xidmətlər göstərilməsi məqsədilə ictimai portalların yaradılması, bu sahələrdə formalaşmış təcrübə və əldə edilmiş nailiyyətlər ətrafında geniş müzakirələr aparılıb.

CAHANGİR



Baxış sayı: 362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2019

20 04 2019

20/04/19
"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar 

20/04/19
Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırı

20/04/19
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb

20/04/19
“Instagram”da layklar ləğv edilə bilər

“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər