12px13px15px17px
Tarix:10/12/13

“Bitcoin”lər kiberhücumların artımına səbəb olublar

Ekspertlər bildirirlər ki, “bitcoin” kriptovalyutasının uğuru nəticəsində kiberhücumların sayı artıb.
“ICTnews” xəbər xidmətinin “www.astera.ru” saytına istinadən verdiyi məlumata əsasən, hücumçular qurbanlarının kompüterlərini bloklayaraq onlardan girov tələb edirlər.

“McAfee” şirkətinin hesabatına görə, pul qoparmaq niyyəti   və kompüter məlumatlarının şifrlənməsi məqsədi ilə həyata keçirilən hücumların sayında son iki ilyarım ərzində onqat artım qeydə alınıb. Belə ki, ötən rübdə kibercinayətkarların pul qoparmaq niyyəti ilə həyata keçirdiyi  300 minə yaxım insident qeydə alınıb.

Hakerlərin “bitcoin”lərə marağının səbəbi bu kriptovalyuta  axınını, “klassik valyuta” tranzaksiyalardan fərqli olaraq izləməyin daha çətin olmasıdır. Virtual valyuta adi pula çevrilənədək anonim olaraq qalır. Hazırda “bitcoin”in məzənnəsi 1000 dolları aşıb.

Aynur Vəliyeva
 



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024