Tarix:13/08/11
Haaqada məhkəmə iclasının nəticələri elə də xüsusi maraq kəsb etmir: “Galaxy Tab 10.1” planşetinin Hollandiyada qadağası ilə bağlı qərar sentyabr ayının 15-də çıxardılacaq. “Apple” və “Samsung” şirkətləri tərəfindən səsləndirilmiş arqumentlər isə çox maraqlıdır. Məsələn, Stiv Cobsun şirkəti iddia edib ki, sosioloji tədqiqat nəticəsində respondentlər “Galaxy Tab 10.1” və “iPad”-ı müqayisə ediblər. Korporasiya nümayəndələrinin sözlərinə görə, sorğu iştirakçılarının 80%-i qurğuları bir-birindən fərqləndirə bilməyib. Lakin şahidlərin sözlərinə görə, hakim “Apple” tədqiqatının metodologiyasına şübhə ilə yanaşıb. “Samsung” isə qeyd edib ki, yuvarlaqlaşdırılmış küncləri, böyük displeyi və nazik korpusu olan istənilən elektron qurğu “Apple”-ın patent iddialarına məruz qala bilər . Məsələn, “Apple” şirkəti rəqəmsal fotoçərçivə istehsalçılarını məhkəməyə verə bilər.
“Apple”: 80% istifadəçi “iPad” ilə “Galaxy Tab 10.1”-i səhv salır
Haaqada “Apple”-ın “Samsung” məhsulları ilə bağlı şikayətinin müzakirəsinə həsr edilmiş məhkəmə iclası olub. Şikayət “Samsung”un Amerika korporasiyasının qurğularının xarici görünüşünü kopyalamasından ibarət olub. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Düsseldorf dairə məhkəməsi “Samsung Galaxy Tab 10.1” planşetinin Hollandiya istisna olmaqla, Avropa Birliyi ölkələrində satışı ilə bağlı ilkin qadağa haqqında qərar çıxarıb.Haaqada məhkəmə iclasının nəticələri elə də xüsusi maraq kəsb etmir: “Galaxy Tab 10.1” planşetinin Hollandiyada qadağası ilə bağlı qərar sentyabr ayının 15-də çıxardılacaq. “Apple” və “Samsung” şirkətləri tərəfindən səsləndirilmiş arqumentlər isə çox maraqlıdır. Məsələn, Stiv Cobsun şirkəti iddia edib ki, sosioloji tədqiqat nəticəsində respondentlər “Galaxy Tab 10.1” və “iPad”-ı müqayisə ediblər. Korporasiya nümayəndələrinin sözlərinə görə, sorğu iştirakçılarının 80%-i qurğuları bir-birindən fərqləndirə bilməyib. Lakin şahidlərin sözlərinə görə, hakim “Apple” tədqiqatının metodologiyasına şübhə ilə yanaşıb. “Samsung” isə qeyd edib ki, yuvarlaqlaşdırılmış küncləri, böyük displeyi və nazik korpusu olan istənilən elektron qurğu “Apple”-ın patent iddialarına məruz qala bilər . Məsələn, “Apple” şirkəti rəqəmsal fotoçərçivə istehsalçılarını məhkəməyə verə bilər.
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır