12px13px15px17px
Tarix:10/12/13

Kompüterdən istifadə zamanı gözləriniz yorulmayacaq

Yaponiyanın “Masunaga Optical” şirkətinin mütəxəssislərinin hazırladıqları eynək "göz qırpmaq" və bununla da eynək sahibinin gözlərinə istirahət verməyə “qadirdir”. İstehsalçıların iddiasına əsasən, bu cihaz kompüter arxasında çox vaxt keçirənlər üçün  faydalıdır.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, kompüter arxasında keçirilən uzunmüddətli iş onunla nəticələnir ki, insan gözlərini adi halla müqayisədə daha az qırpır. Bu isə öz növbəsində, gözlərin qurumasına səbəb olur və onların tez yorulması ilə nəticələnir.

“Masunaga Optical” şirkətinin nümayəndələri deyiblər ki, yeni həll artıq böyük marağa səbəb olub.
İstehsalçılar eynəyin kütləvi satışa çıxarılması məsələsini həll edirlər. Eynəklərin təxminən 150 dollar qiymətinə satılacağı gözlənilir.

Emil Hüseynov



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024