12px13px15px17px
Tarix:11/12/13

“İKT ili” çərçivəsində “Təmiz Şəhər” ASC yeni onlayn layihələrini təqdim edib

Əhalinin ekoloji maarifləndirilməsinə hər zaman böyük önəm verən “Təmiz Şəhər” ASC tərəfindən “İKT ili” elan edilmiş 2013-cü il ərzində onlayn maarifləndirmə layihələrinə geniş diqqət ayrılıb.
 
ASC-dən qeyd edilib ki, ilk növbədə  “Təmiz Şəhər”in rəsmi internet saytı – “www.tamizshahar.az”  yenilənib: “Açıq informasiya siyasəti “Təmiz Şəhər” ASC-nin prioritet istiqamətlərindəndir. Yenilənmiş internet saytı qurumun fəaliyyəti barədə ictimaiyyətin daha dolğun və asan məlumatlandırılmasına xidmət edəcək. Yeni saytın quruluşu və axtarış sistemi istifadəçilərin istədikləri informasiyanı daha rahat əldə etmələrinə imkan verir.
 
 “Digər onlayn layihə tullantıların azaldılmasına yönəlmiş “www.teb.az” ünvanında yerləşən Təkrar Emal Birjası (TEB) ilə bağlıdır. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov qeyd edib ki, bu portal vasitəsilə istənilən şəxs təkrar emala yararlı xammalı satışa çıxararaq potensial müştərilərə təqdim edə bilər: “Təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin rastlaşdığı başlıca problem xammal təchizatçılarının, demək olar ki, olmamasıdır. Bu məsələnin həlli istiqamətində atılan növbəti addım kimi “Təmiz Şəhər” ASC tərəfindən TEB-in elektron portalı yaradılıb”.
 
Şöbə müdiri tullantıların çeşidlənməsi və təkrar emalının tullantıların ümumi həcminin azalmasına, ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal işinin inkişafına zəmin yaratdığını diqqətə çatdırıb, prosesin tullantıların ətraf mühitə mənfi təsirinin azalması kimi üstünlüyünü xüsusi vurğulayıb.   Bundan başqa, ASC-nin digər onlayn layihəsi hazırlanmaqda olan “www.tulantim.az” internet səhifəsidir. Portalın əsas məqsədi evlərimizdə olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir.
 
 “Bir şəxs üçün lazımsız olan əşya, digəri üçün gərəkli ola bilər” şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024