12px13px15px17px
Tarix:11/12/13

Bu ilin 11 ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 2,3 milyon manat olub


Dövlət Statistika Komitəsi bu ilin 11 ayı ərzində Azərbaycan əhalisi tərəfindən həyata keçirilən elektron pərakəndə ticarətin həcmini açıqlayıb.

Komitədən verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 2,3 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 83,0 faizini hüquqi, 17,0 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

 Elektron ticarət dövriyyəsinin 89,6 faizini qeyri-ərzaq malları təşkil edib.

CAHANGİR



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024