12px13px15px17px
Tarix:13/12/13

2020-ci ildə “Əşyalar interneti”nə 26 milyard qurğu qoşulacaq

2020-ci ilədək "Əşyalar interneti"nin qurğu və xidmətləri bazarının həcmi 300 milyard dollara çatacaq, texnikanın sayı 26 milyardı ötəcək. Bu barədə "Gartner" analitik şirkətinin məlumatında deyilir.  

Şirkətin qiymətləndirməsinə görə, 2020-ci ildə "Əşyalar interneti"nə qoşulan qurğuların sayı fərdi kompüterlər, smartfon və planşetlər daxil olmaqla ənənəvi kompüter texnikasının sayını 3,5 dəfədən çox ötəcək. "Əşyalar interneti"nin yayılması ilk növbədə tibbi xidmət, nəqliyyat infrastrukturu, kommunal xidmətlər, yığım və sənaye robotları texnikasının avtomatlaşdırılması sahələrinə aid olacaq.
Analitiklərin fikrincə, kompüter çiplərinin yeni məhsullara əlavə edilməsinin aşağı qiymətə olması artıma səbəb olacaq amildir.

"Gartner"in tədqiqatlar üzrə direktoru Piter Midltonun sözlərinə görə, 2020-ci ilədək komponentlərin qiyməti o qədər aşağı düşəcək ki, qurğuların qoşulması və bir-bir ilə əlaqəsinin mümkünlüyü hətta qiyməti 1 dollara olan texnika üçün də standart funksiyaya çevriləcək.
İnternetə qoşulma imkanına malik olan texnikaların geniş yayılması proqram təminatının hazırlanmasına tələbatı da artıracaq.
Tez-tez internetin yaradıcılarından biri kimi adı çəkilən "Google" şirkətinin vitse-prezidenti Vinton Serf hesab edir ki, "Əşyalar interneti"nin yayılması 15-20 ildən sonra "ağıllı" binaların, maşın və şəhərlərin yaranmasına səbəb olacaq, - "Digit www.digit.ru" yazır.   




Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024