Tarix:11/12/13
Bu gün “Onlayn Media” müsabiqəsinin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), Mətbuat Şurasının, “Nar Mobile” şirkətinin, Sosial İnnovasiyalar və Vətəndaşlara Xidmət Agentliyinin (ASAN) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT), Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun, “Elektron hökumət” portalının nümayəndələri qaliblərə və həvəsləndirici yer tutanlara diplomlar və hədiyyələr təqdim etdilər.
Müsabiqənin təşkilatçısı olan “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz müsabiqəyə təqdim edilən 30 yazıdan 27-nin qəbul edildiyini, qabaqcadan müəyyən olunan #ehokumet və #etehsil həştəqləri ilə 70 mikrobloqçu tərəfindən 500-dən çox tvit yazıldığını bildirdi. Müsabiqə qaydalarına cavab verməyən 2 yazı və münsiflər tərəfindən plagiat hesab olunan 1 yazı müsabiqədən kənarlaşdırılıb. Tədbirdə, həmçinin “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən təlimləri uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olundu.
Təqdimat mərasimində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri gələcəkdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən bu qurumun qrant layihələrinin və startapların maliyyələşməsini təşkil edəcəyini bildirib və gəncləri maraqlı innovativ layihələr tərtib edərək fonda təqdim etməyə çağırıb. Eyni zamanda, nazirliyin nümayəndəsi Kamal Məmmədov yaxın üç il ərzində ölkədə ən ucqar kəndlərdə 10-30 Mbit/s, Bakı və digər böyük şəhərlərdə və rayon mərkəzlərində 100 Mbit/s sürətlə “Fiber to Home” texnologiyası vasitəsilə genişzolaqlı internet xidmətlərinin təqdim ediləcəyini bildirib.
Xatırladaq ki, layihə RİTN-in dəstəyi və “Nar Mobile” şirkətinin baş sponsorluğu ilə “Multimedia” Mərkəzi tərəfindən həyata keçirilib.
Aynur Vəliyeva
“Onlayn Media” müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Baxış sayı: 1435
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib