12px13px15px17px
Tarix:16/12/13

“LG” şirkəti “Gx” smartfonunu təqdim edib

“LG” şirkəti Cənubi Koreyada “Gx” smartfonunu təqdim edib. Aparat  1080x1920 təsvir ölçülü 5,5 düymlük IPS ekran və dördnüvəli “Qualcomm Snapdragon 600” prosessoru ilə təchiz edilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, qurğu, həmçinin 2 QB əməli yaddaş, 32 Qb daxili yaddaş, 13 meqapiksellik əsas və 2,1 meqapiksellik ön kamera və 3140 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

“LG Gx” smartfonu “Android Jelly Bean” platforması ilə işləyir və çəkisi 167 qramdır. O, ağ və qara rənglərdə təklif olunur.

Smartfonun qiyməti təxminən 808,3 – 847 dollar aralığında olacaq. Məlumatlara görə, “LG Gx” smartfonu 2014-cü ilin yanvarında təqdim olunacaq.

Emil Hüseynov



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024