Tarix:17/12/13
SMS sayğacları GSM texnologiyaları əsasında işləyən iki tərəfli informasiya daşıma xüsusiyyətinə malikdir. Bu tip sayğaclar sms vasitəsi ilə idarə edilərək qabaqcadan ödənişli (prepayment) mexanizmə əsasən işləyir və ödəniş informasiyasının sayğaca uzaqdan yüklənməsini təmin edir. Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsi ilə sayğaca ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək SMS vasitəsilə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.
Sayğacın sərfiyyatı haqqında məlumat ilkin konfiqurasiyada verilən şərtə əsasən ayda bir dəfə, həftədə bir dəfə və ya günün müəyyən saatları şəklində tənzimlənə bilər. Həmin şərtlər verildikdən sonra sayğac məlumatları mərkəzi sistemə SMS vasitəsilə müntəzəm olaraq ötürülür. Bu da elektrik şəbəkəsinin ay ərzində abunəçilərə verdiyi elektrik enerjisinin hesabatının aparlımasında şəffaflığı və operativliyi təmin edərək cari ay ərzində sayğacların bağlı olduğu Transformator Məntəqəsindən (TM) istehlak edilən elektrik enerjisinin dəqiq balansının çıxarılmasına şərait yaradır. Ən ideal balans TM-dən keçən yük ilə sayğaclardan oxunan sərfiyyatın çox az fərqlə çıxarılması ilə təmin olunur.
Bu tip sayğacların istismarı elektrik enerjisinin ölçülməsində yol verilən neqativ amilləri (sayğaca mudaxilə, sayğacların şuntlanması, sayğacın geriyə fırlanması) texnoloji cəhətdən aradan qaldırmış olur ki, bu da şəbəkənin işinin tənzimlənməsində çox böyük rol oynayır. Bununla yanaşı, Rayon Enerji satışı şöbələrində sayğac göstəricilərini oxumaq və bildiriş təqdim etmək üçün nəzərdə tutulan işlər, müasir texnologiyalar istifadə etməklə daha mütərəqqi qaydada həll edilərək insan faktorunun ortadan qaldırılmasına, işlərin yüksək standartlara uyğun qurulmasına və xərclərin 50%-dək azalmasına gətirib çıxarır.
Eyni zamanda, sayğaca yüklənmiş sərfiyyat azaldığı təqdirdə qabaqcadan abunəçiyə sms vasitəsiylə xəbərdarlıq edilir. Bundan sonra balans yüklənməzsə, abonentin elektrik enerjisi məsafədən sms göndərilərək dayandırılır. Ödəniş təmin edildikdə avtomatik olaraq həmin məbləğ sistemdə öz əksini tapır və dərhal sistem tərəfindən sms göndərilərək sayğacın şəbəkəyə qoşulması təmin edilir. Bu da təbii olaraq əlavə işçi qüvvəsinin azalmasına və sayğacın gərginlikdən açılması –qoşulması prosesində yaranan vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır.
CAHANGİR
Azərbaycanın paytaxtında 30 mindən artıq GSM nömrə ilə işləyən smart tipli elektrik sayğacı quraşdırılıb
“Bakıelektrikşəbəkə” ASC indiyə kimi 30 mindən çox GSM nömrə ilə işləyən smart tipli elektrik sayğacı quraşdırıb. Adıçəkilən qurumdan verilən məlumata görə, bunlardan 4 minə qədəri qeyri-əhali istehlakçı qrupuna aid abonentlərdir. Sayğaclar əsasən Nəsimi, Xətai, Yasamal və Nərimanov rayonlarında quraşdırılıb.SMS sayğacları GSM texnologiyaları əsasında işləyən iki tərəfli informasiya daşıma xüsusiyyətinə malikdir. Bu tip sayğaclar sms vasitəsi ilə idarə edilərək qabaqcadan ödənişli (prepayment) mexanizmə əsasən işləyir və ödəniş informasiyasının sayğaca uzaqdan yüklənməsini təmin edir. Sayğac üzərində yerləşdirilən GSM modemi vasitəsi ilə sayğaca ödəniş haqqında məlumat göndərilərək balans yüklənir. Sayğaca edilən hər hansı müdaxilələr anında təsbit edilərək SMS vasitəsilə mərkəzə xəbər verilir. Həmin məlumatlar mərkəzi sistem tərəfindən saxlanılaraq əlaqədar şəxslərə ötürülür. Elektrik enerjisinin istifadə qaydalarını pozan abunəçilər haqqında daxil olmuş məlumat informasiya sistemindən alınaraq dərhal həmin abunəçilər haqqında operativ tədbir görülməsinə imkan verir.
Sayğacın sərfiyyatı haqqında məlumat ilkin konfiqurasiyada verilən şərtə əsasən ayda bir dəfə, həftədə bir dəfə və ya günün müəyyən saatları şəklində tənzimlənə bilər. Həmin şərtlər verildikdən sonra sayğac məlumatları mərkəzi sistemə SMS vasitəsilə müntəzəm olaraq ötürülür. Bu da elektrik şəbəkəsinin ay ərzində abunəçilərə verdiyi elektrik enerjisinin hesabatının aparlımasında şəffaflığı və operativliyi təmin edərək cari ay ərzində sayğacların bağlı olduğu Transformator Məntəqəsindən (TM) istehlak edilən elektrik enerjisinin dəqiq balansının çıxarılmasına şərait yaradır. Ən ideal balans TM-dən keçən yük ilə sayğaclardan oxunan sərfiyyatın çox az fərqlə çıxarılması ilə təmin olunur.
Bu tip sayğacların istismarı elektrik enerjisinin ölçülməsində yol verilən neqativ amilləri (sayğaca mudaxilə, sayğacların şuntlanması, sayğacın geriyə fırlanması) texnoloji cəhətdən aradan qaldırmış olur ki, bu da şəbəkənin işinin tənzimlənməsində çox böyük rol oynayır. Bununla yanaşı, Rayon Enerji satışı şöbələrində sayğac göstəricilərini oxumaq və bildiriş təqdim etmək üçün nəzərdə tutulan işlər, müasir texnologiyalar istifadə etməklə daha mütərəqqi qaydada həll edilərək insan faktorunun ortadan qaldırılmasına, işlərin yüksək standartlara uyğun qurulmasına və xərclərin 50%-dək azalmasına gətirib çıxarır.
Eyni zamanda, sayğaca yüklənmiş sərfiyyat azaldığı təqdirdə qabaqcadan abunəçiyə sms vasitəsiylə xəbərdarlıq edilir. Bundan sonra balans yüklənməzsə, abonentin elektrik enerjisi məsafədən sms göndərilərək dayandırılır. Ödəniş təmin edildikdə avtomatik olaraq həmin məbləğ sistemdə öz əksini tapır və dərhal sistem tərəfindən sms göndərilərək sayğacın şəbəkəyə qoşulması təmin edilir. Bu da təbii olaraq əlavə işçi qüvvəsinin azalmasına və sayğacın gərginlikdən açılması –qoşulması prosesində yaranan vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır.
CAHANGİR
Baxış sayı: 3456
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır