12px13px15px17px
Tarix:17/12/13

Rusiyada LTE şəbəkələrini “2G” diapazonunda yaratmağa icazə verilib


Rusiyada dördüncü nəsil mobil rabitə operatorlarının sayının artması proqnozlaşdırılır.
"ICTnews" xəbər xidmətinin "www.comnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu Radiotezliklər üzrə dövlət komissiyasının GSM (2G) şəbəkələrinin inkişaf etdirilməsi üçün verilən tezliklərdə LTE şəbəkələrin yaradılmasına icazənin verilməsi nəticəsində baş verəcək. Beləliklə, Rusiyada "4G" şəbəkələrini regionlarda istifadəyə vermək olacaq, lakin bunun üçün operatorlara 10 min insandan çox əhaliyə sahib olan şəhərləri LTE şəbəkələri ilə əhatə etmək tələb olunacaq.

Radiotezliklər üzrə dövlət komissiyası "3G" texnologiyası üçün 890-915 MHz və 935-960 MHz tezlik zolaqlarını 1710-1785 MHz və 1805-1880 MHz zolaqlarını isə LTE standartını istifadə etməyə icazə verib. Bu günədək qeyd edilən zolaqlar "2G" rabitə üçün istifadə edilib. "Tele2 Rusiya" şirkəti 1800 MHz diapazonda LTE şəbəkəsi yaratmaq üçün icazə almaq üçün bir neçə il çalışıb. Bu məsələ komissiyanın gündəliyinə bir neçə dəfə salınsa da, bu günədək təxirə salınıb.
 
Əvvəl bunun əleyhinə "böyük dördlük" çıxış edib. Hesab edilib ki, 1800 MHz diapazonda "4G" şəbəkəsi yaradan operator eyni tezlikdə "2G" xidmətlərini göstərdikdə xətdə əngəllərlə rastlaşa bilər. Lakin "Tele2 Rusiya"nın və Radio Elmi-İstehsalat İnstitutunun təcrübələri bunu təkzib edib. Sonra Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi "4G" şəbəkəsini  yaratmaq üçün "2G" diapazonu istifadəsinə verilən icazə ilə birlikdə operatorların qarşısına kiçik yaşayış məntəqələrinin əhatə edilməsi kimi öhdəlik qoyub. Beləliklə, LTE şəbəkələrini yaratmaq fikrində olan şirkətlər üç il ərzində 10 mindən çox əhaliyə məxsus olan bütün şəhərlərdə şəbəkə qurmalıdırlar.

Sonra nazirlik operatorların qarşısına beş il ərzində əhalisi 500 nəfərdən çox olan bütün yaşayış məntəqələrində LTE şəbəkələri yaratmağı öhdəlik kimi qoyub. Lakin Federal antiinhisar xidməti buna qarşı çıxaraq bildirib ki, bu cür yükləmə operatorları qeyri-bərabər vəziyyətə qoyacaq.

Sonda Dövlət komissiyasının iclasında bütün mobil rabitə operatorların qarşısına  öhdəliklərin qoyulması qərarı qəbul edilib. 1HHz diapazonundan az zolaqların istifadəsi üçün lisenziyalarını yeni alan və ya onların müddətini uzadan şirkətlər yeddi il ərzində əhalisi  min nəfərdən çox olan məntəqələri rabitə ilə təmin etməlidirlər, 1-2,2 HHz diapazonunda zolaqların istifadəsinə icazə aldıqda iki min nəfər əhalisi olan, 2,2-3 HHz zolaqların sahibləri isə 10 mindən çox əhaliyə malik olan şəhərlər rabitə ilə təmin olunmalıdır. Operatorlar onlara məxsus olan tezlik resursunun əhatə etdiyi müəyyən ərazidə yerləşən məntəqələri rabitə ilə təmin etməlidirlər. Lisenziyalarına dəyişikliklər edən, misal üçün, "2G" şəbəkələr əsasında "3G" və "4G" yaratmaq istəyənlər, 10 min nəfər əhalisi olan şəhərləri rabitə ilə əhatə etməlidirlər.

"Tele2 Rusiya" artıq təsdiq edib ki, 1800 MHz tezliklərini "4G" şəbəkəsinin qurulması üçün istifadə edəcək və söz verib ki, yaxın zamanda şəbəkələrin istifadəyə verilməsi ilə bağlı planlarını detallaşdıracaq. Bir müddət öncə operator bu cür layihənin həyata keçirilməsinin sərmayə nöqteyi-nəzərindən cəlbedici olmadığından gileylənib. Belə ki, kapital xərclər 23 milyard rubl, əməliyyat xərcləri  20 milyard rubl təşkil edir.

Dövlət komissiyasının qərarından digər regional operatorlar da istifadə etmək niyyətindədirlər.
Lakin "böyük dördlük" nümayəndələri hələ ki, bu məsələni ehtiyatla şərh edirlər. MTS bu məsələyə kommersiya nöqteyi-nəzərindən yanaşacaq. Belə ki, mövcud 900/1800 MHz tezliklərə olan lisenziyaları yeniləmək tələb olunacaq bu da 2018-ci ildən tez baş verməyəcək. "Meqafon"da xərclərin qiymətləndirilməsini nəzərə alaraq "3G" və "4G" tezliklərinin inkişafı üçün mövcud olan tezliklərin istifadəsini istisna etmirlər. "Meqafon" "2G" lisenziyalarının müddətini 2015-2016-cı illərdə uzatmalıdır. "Vımpelkom"da bu məsələyə baxacaqlarını bildiriblər və qərarın öhdəliklərlə bağlı   hissəsini şərh etməyiblər. "Rostelekom" "3G" şəbəkələrini 900 MHz, "4G" isə 1800 MHz tezliklərdə yaratmağın maraqlı olduğunu bildirib.

"LTE-nin 100 Mbit/s və daha çox sürət imkanlarını tam açmaq üçün ümumi genişliyi 100 MHz olan zolaqlardan istifadə etmək lazımdır. Bu genişlikdə zolaq bir diapazonda olmur, buna görə də şəbəkələrin yaradılması üçün nə qədər çox diapazon olsa, o qədər yaxşıdır",- deyə şirkətin nümayəndəsi Valeri Kostaryov qeyd edib.
 
Bu arada "Rostelekom"da hesab edirlər ki, öhdəliklər ikitərəfli olmalıdır. Misal üçün, dövlət operatorlara rabitə obyektlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması və sənədləşdirilməsində kömək edə, özünü ödəməyən şəbəkələr üzrə güzəştli vergi öhdəliklərini tətbiq edə və şirkətlərin xərclərini azaldacaq digər tədbirlər görə bilər.

Aynur Vəliyeva



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024