Tarix:17/12/13
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti “4G” şəbəkəsini “2G” şəbəkələrində istifadə edilən 1800 MHz tezlik diapazonunda qurmaq niyyətindədir.
Şirkətin icraçı direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu məsələ müzakirə edilir.
“Hazırda bu məsələ müzakirə edilir və biz gözləyirik ki, gələn il bizə artıq bu tezlik diapazonunda “4G” xidmətlərinin göstərilməsinə icazə veriləcək. Biz bu tezlik diapazonunun bir hissəsini “2G” xidmətlərinin göstərilməsi üçün, digər hissəsini isə “4G” xidmətlərinin göstərilməsi üçün istifadə edəcəyik və getdikcə tezlik spektri artdıqca biz onları da “4G” xidmətlərinin göstərilməsi üçün istifadə etmək niyyətindəyik”,- deyə o bildirib.
Qeyd edək ki, hazırda Regional rabitə birliyi səviyyəsində 694-790 MHz (700 MHz) tezliklərinin “4G” şəbəkələrinin qurulması məqsədi ilə effektiv istifadə edilməsi məsələsi beynəlxalq səviyyədə müzakirə edilir. Azərbaycan da bu müzakirələrdə aktiv iştirak edir və gələcəkdə rəqəmli teleradio yayımına tam keçdikdən sonra, hazırda yayım üçün istifadə edilən bu tezliklərin bir hissəsini mobil rabitədə istifadə etmək niyyətindədir.
Aynur Vəliyeva
“Bakcell” şirkəti “4G” şəbəkəsinin qurulmasında 1800 MHz tezlik diapazonundan istifadə etmək niyyətindədir

Baxış sayı: 1103
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır