Tarix:17/12/13
Onların qiymətləndirmələrinə görə, 5 il sonra mobil rabitə xidmətlərindən əldə olunan gəlirin təxminən 50%-i LTE texnologiyasının payına düşəcək. Proqnozlaşdırılan dövrdə ABŞ, Yaponiya və Cənubi Koreya gəlirin 76%-nə nəzarət edəcək, halbuki cari ilin əvvəlində LTE bazarında bu ölkələrin hökmranlığı 90% olub. "Strategy Analytics" şirkətinin əməkdaşı Fil Kendal hesab edir ki, adı çəkilən üç dövlət liderliyi qoruyub saxlayacaq, lakin LTE sahədə bütün diqqət Çinə yönələcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda "China Mobile" mobil rabitə operatoru Çində "TD-LTE" şəbəkəsinin irihəcmli sınaqlarına başlayıb. 2013-cü ilin sonuna kimi şirkət ölkənin 100 şəhərində təxminən 200 min baza stansiyası işə salmağı planlaşdırır.
"Bununla əlaqədar yaxın iki ildə Çin qlobal ucuz "4G" qurğular bazarının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir" – Kendall hesab edir.
Emil Hüseynov
5 il sonra “LTE” şəbəkəsindən 2 milyard insan istifadə edəcək
2013-cü ilin yekununa görə, dördüncü nəsil "Long Term Evolution" (LTE) mobil rabitəsindən istifadə edən abunəçilərin sayı 238 milyon təşkil edəcək. "Strategy Analytics" tədqiqat agentliyi əməkdaşlarının proqnozuna əsasən, 2018-ci ildə bu göstərici 2 milyardı ötəcək.Onların qiymətləndirmələrinə görə, 5 il sonra mobil rabitə xidmətlərindən əldə olunan gəlirin təxminən 50%-i LTE texnologiyasının payına düşəcək. Proqnozlaşdırılan dövrdə ABŞ, Yaponiya və Cənubi Koreya gəlirin 76%-nə nəzarət edəcək, halbuki cari ilin əvvəlində LTE bazarında bu ölkələrin hökmranlığı 90% olub. "Strategy Analytics" şirkətinin əməkdaşı Fil Kendal hesab edir ki, adı çəkilən üç dövlət liderliyi qoruyub saxlayacaq, lakin LTE sahədə bütün diqqət Çinə yönələcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda "China Mobile" mobil rabitə operatoru Çində "TD-LTE" şəbəkəsinin irihəcmli sınaqlarına başlayıb. 2013-cü ilin sonuna kimi şirkət ölkənin 100 şəhərində təxminən 200 min baza stansiyası işə salmağı planlaşdırır.
"Bununla əlaqədar yaxın iki ildə Çin qlobal ucuz "4G" qurğular bazarının əsas hərəkətverici qüvvəsinə çevrilməlidir" – Kendall hesab edir.
Emil Hüseynov
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib