Tarix:18/12/13
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən S.A.Sadıq, Azərbaycanla Pakistan arasında enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində də qarşılıqlı ticarət potensialının böyüklüyünü vurğulayıb. O, Pakistanın müdafiə sənayesinin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığın səmərə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları qeyd edərək bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.
Görüş zamanı səfir D.Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar aspektlərindən söz açıb, rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasətli ölkə kimi tanımadığına görə həmsöhbətinə minnətdarlığını bildirib.
Səfir qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, hər iki parlamentdə dostluq qruplarının fəaliyyətinin təkcə qanunverici orqanlar arasında deyil, həmçinin, xalqlarımız arasında münasibətlərə müsbət təsir etdiyini bildirərək, ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT üzrə böyük nailiyyətlərinin olduğunu qeyd edib.
Sonda Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib.
SEYMUR
Pakistan Azərbaycanla İKT sahəsində daha sıx əməkdaşlıq etmək niyyətindədir
“İki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq çox vacibdir”. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov ilə keçirdiyi görüşdə söyləyib.Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən S.A.Sadıq, Azərbaycanla Pakistan arasında enerji, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı sahələrində də qarşılıqlı ticarət potensialının böyüklüyünü vurğulayıb. O, Pakistanın müdafiə sənayesinin inkişaf etdiyini və bu sahədə Azərbaycanla əməkdaşlığın səmərə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları qeyd edərək bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.
Görüş zamanı səfir D.Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar aspektlərindən söz açıb, rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasətli ölkə kimi tanımadığına görə həmsöhbətinə minnətdarlığını bildirib.
Səfir qanunverici orqanlar arasında qarşılıqlı səfərlərin, hər iki parlamentdə dostluq qruplarının fəaliyyətinin təkcə qanunverici orqanlar arasında deyil, həmçinin, xalqlarımız arasında münasibətlərə müsbət təsir etdiyini bildirərək, ölkəsinin bir çox sahələrdə, o cümlədən İKT üzrə böyük nailiyyətlərinin olduğunu qeyd edib.
Sonda Pakistan parlamentinin sədri 2012 və 2013-cü illərdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib.
SEYMUR
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır