Tarix:18/12/13
Görüşdə AMEA institutlarının mərkəzə təqdim etdiyi qrant layihələrinin müzakirəsi aparılıb və nəticələri elan olunub. AMEA-dan qeyd edilib ki, müzakirə olunan layihələr nanotexnologiya, kimya, fizika, aqrar elmlər, səhiyyə sahələrini əhatə edir. AMEA-nın müxtəlif institutlarından 2013-cü ilin qrant proqramları üçün təqdim olunmuş 14 layihədən 6-sı qəbul edilib.
Layihələr “Bakı buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi” (AMEA Aşqarlar Kimyası İnstitutu), “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına keçid və yeni biotexnologiyaların tətbiqi problemləri” (AMEA Genetik Ehtiyatlar İnstitutu), “Xəzər dənizinə axıdılan tullantı sularının biotexnoloji üsullarla təmizlənməsi metodlarının işlənib hazırlanması” (AMEA Radiasiya Problemləri İnstitutu), “Azərbaycan hüdudlarında Xəzər dənizinin sahil boyu sularının ekoloji-mikrobioloji vəziyyətinin tədqiqi və neft karbohidrogenlərdən təmizlənməsi üçün biometodların hazırlanması” (AMEA Mikrobiologiya İnstitutu və AMEA Kimya Problemləri İnstitutu), “Şimal-Şərqi Azərbaycanda texnogen radionuklidlərin və insektisidlərin yastıcıların (Homoptera, Coccoidea) entomofaqlarına təsiri” (AMEA Zoologiya İnstitutu), “Bakı və Gəncəətrafı çirklənmiş torpaqların bitkilərlə təmizlənməsinin yeni üsullarının işlənib hazırlanması” (AMEA Botanika İnstitutu və Azərbaycan Dövlət Aqrar Universiteti) mövzularını əhatə edir.
Həqiqət İSABALAYEVA
AMEA institutlarının Ukrayna Elm və Texnologiya Mərkəzinə təqdim etdiyi layihələrin nəticələri müəyyənləşib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) İnzibati Şurasının illik hesabatı dinlənilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, UETM-in icraçı direktoru Maykl Eynik, Gürcüstanın təhsil və elm nazirinin müavini Tamaz Marsagişvili, ABŞ, Moldova və digər ölkələrin nümayəndələri iştirak ediblər.Görüşdə AMEA institutlarının mərkəzə təqdim etdiyi qrant layihələrinin müzakirəsi aparılıb və nəticələri elan olunub. AMEA-dan qeyd edilib ki, müzakirə olunan layihələr nanotexnologiya, kimya, fizika, aqrar elmlər, səhiyyə sahələrini əhatə edir. AMEA-nın müxtəlif institutlarından 2013-cü ilin qrant proqramları üçün təqdim olunmuş 14 layihədən 6-sı qəbul edilib.
Layihələr “Bakı buxtasının sahilyanı zonasında neft çirklənməsinin bioloji təmizlənməsi” (AMEA Aşqarlar Kimyası İnstitutu), “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına keçid və yeni biotexnologiyaların tətbiqi problemləri” (AMEA Genetik Ehtiyatlar İnstitutu), “Xəzər dənizinə axıdılan tullantı sularının biotexnoloji üsullarla təmizlənməsi metodlarının işlənib hazırlanması” (AMEA Radiasiya Problemləri İnstitutu), “Azərbaycan hüdudlarında Xəzər dənizinin sahil boyu sularının ekoloji-mikrobioloji vəziyyətinin tədqiqi və neft karbohidrogenlərdən təmizlənməsi üçün biometodların hazırlanması” (AMEA Mikrobiologiya İnstitutu və AMEA Kimya Problemləri İnstitutu), “Şimal-Şərqi Azərbaycanda texnogen radionuklidlərin və insektisidlərin yastıcıların (Homoptera, Coccoidea) entomofaqlarına təsiri” (AMEA Zoologiya İnstitutu), “Bakı və Gəncəətrafı çirklənmiş torpaqların bitkilərlə təmizlənməsinin yeni üsullarının işlənib hazırlanması” (AMEA Botanika İnstitutu və Azərbaycan Dövlət Aqrar Universiteti) mövzularını əhatə edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 619
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır