12px13px15px17px
Tarix:18/12/13

“LG” şirkəti “Chrome OS” sistemli monoblok kompüter təqdim edib


Cənubi Koreyanın "LG" şirkəti "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Chromebase" monoblok kompüterini (hamısı birində kompüter növü) təqdim edib. Kompüterin displeyinin  diaqonalı 21,5 düym təşkil edir, təsvir ölçüsü "Full HD" (1920х1080) formatlıdır.

"Chromebase" monobloku "Intel Celeron" prosessoru ilə işləyir. Şirkət nümayəndələri hələlik takt tezliyi və çip nüvələri sayı barədə məlumat verməsələr də, qurğunun gücünün veb-əlavə, oyun və qrafikaya kifayət edəcəyini qeyd edirlər. Kompüter 2 giqabaytlıq operativ yaddaş, 16 giqabayt tutumlu "iSSD" toplayıcı, üç "USB 2.0", bir "USB 3.0" və "Ethernet" çıxışı ilə təchiz edilib. 

Ekranın yuxarı çərçivəsində "HD" formatlı (720р)1,3 meqapikselli kamera yerləşir. Nəzəri baxımdan "HDMI" interfeysi sayəsində "Chromebase" digər fərdi kompüter üçün ikinci monitor rolunda çıxış edə bilər, çünki "Chrome OS" sürətlə yüklənir, ondan həmçinin sadə məsələlərin həlli üçün kompüter qismində istifadə etmək mümkündür.

"LG" yeni kompüteri 2014-cü ilin yanvarında keçiriləcək "Consumer Electronics Show" (CES) sərgisində nümayiş etdirməyə hazırlaşır. "Chrome OS" sistemi istənilən fərdi kompüterə "Google"un "bulud" saxlancında olan informasiyanı yükləməyə imkan verməsi ilə seçilir. Odur ki, şirkət "Chromebase"in əsas alıcıları arasında sadə istifadəçiləri deyil, məktəb, mehmanxana, mərkəz və digər müəssisələri görür. Kompüterin qiyməti barədə hələlik məlumat yoxdur, - "Vesti" www.vesti.ru yazır.  



Baxış sayı: 839

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024