Tarix:18/12/13
Qeyd edək ki, “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” Nazirlər Kabinetinin sərəncamına əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə minib.
Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş bölgədə təlim mərkəzlərinin yaradılması, mərkəzlərdə koreyalı mütəxəssislər tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılması və zəruri avadanlıqlarla təmin olunması nəzərdə tutulur.
Hazırda Bakı şəhərində Təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb və Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.
Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.
Həqiqət İSABALAYEVA
“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir
“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə işlər davam edir. Hazırda layihə çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) koreyalı və yerli mütəxəssislərdən ibarət İşçi Qrupun görüşü keçirilir. Cari həftənin sonuna qədər davam edəcək görüşdə məqsəd qurulacaq təlim mərkəzləri ilə bağlı qarşıya çıxan məsələlərin hərtərəfli müzakirəsidir.Qeyd edək ki, “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə “Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Qrant razılaşması” Nazirlər Kabinetinin sərəncamına əsasən, 15.05.2013-cü il tarixindən qüvvəyə minib.
Layihə çərçivəsində Bakı şəhərində və Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəki daxil olmaqla on beş bölgədə təlim mərkəzlərinin yaradılması, mərkəzlərdə koreyalı mütəxəssislər tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılması və zəruri avadanlıqlarla təmin olunması nəzərdə tutulur.
Hazırda Bakı şəhərində Təlim mərkəzi üçün 1 mühazirə, 2 kompüter sinfi və 1 multimedia otağından ibarət yer ayrılıb və Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Quba, Şəkidəki 14 telekommunikasiya qovşağının inzibati binasında mərkəz üçün ayrılmış otaqlar təmir edilərək istifadəyə hazır vəziyyətə gətirilib.
Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar.
Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər. Azərbaycanda “elektron hökumət” üçün təlim mərkəzinin yaradılması dövlət qulluqçularına İKT-nin tətbiqi sahəsində yeni praktik bilik və bacarıqların əldə edilməsinə imkan yaradacaq.
Mərkəz dövlət idarəçiliyində və respublikanın ictimai həyatının digər sahələrində e-hökumət ideyalarının tətbiqinə, informasiya cəmiyyətinin inkişafına, elektron biliklərin ümumi səviyyəsinin yüksəldilməsinə, elektron xidmətlərin artmasına xidmət edəcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1004
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı