12px13px15px17px
Tarix:18/12/13

“Sensor Platforms” şirkətinin naviqasiya texnologiyası “Wi-Fi”-dan istifadəni tələb etmir


“Sensor Platforms” şirkəti qapalı binalarda naviqasiyanı yüksək dəqiqliklə həyata keçirməyə imkan verən yeni alqoritmin hazırlanmasını bəyan edib. Texnologiyada akselerometr, hiroskop, maqnitometr və barometrik təzyiq ötürücüləri daxil olmaqla sensorlu sistemdən istifadə təklif olunur.

Çoxlu sensorlar sayəsində “Sensor Platforms” şirkətinin məhsulu istifadəçinin qət etdiyi məsafəni, eləcə də onun hərəkət istiqamətini hesablayır. Hesablamaların hamısı “GPS” qəbuledicinin köməyi ilə alınan son məlum koordinat nöqtələrinə əsasən aparılır. Mütəxəssislər bildirir ki, onların texnologiyasında dəqiqlik yüksəkdir və son məlum nöqtədən qət edilən məsafədə yanlışlıq cəmi bir neçə faiz təşkil edir.

“Sensor Platforms” proqram təminatı istifadəçinin nə etməsini, oturmasını, durmasını və ya qaçmasını müəyyən etməyə imkan verən alqoritmlərdən istifadə edir. Qapalı yerlər üçün ənənəvi naviqasiya sistemlərindən üç nöqtənin siqnalından yararlanmaqla koordinatları müəyyən edən radiotezlik qəbulediciləri istifadə edir. “Sensor Plaforms” həlləri binaya daxil olmazdan əvvəl “GPS” koordinatları yadda saxlayır, sonradan sensor vasitəsilə bütün hərəkətləri izləyir.

Texnologiya yerini dəyişən “Sensor Platforms” proqram təminatlı mobil qurğuda da düzgün işləyir, - "3DNews www.3dnews.ru” yazır.   



Baxış sayı: 1401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024