12px13px15px17px
Tarix:19/12/13

Bir il ərzində axtarış trafikinin həcmi azalıb


“Shareaholic” ekspertlərinin yeni araşdırmasına əsasən, 2012-ci ilin noyabrından 2013-cü ilin noyabrına kimi  axtarış trafikinin həcmi azalıb, sosial trafikin həcmi isə iki dəfə artıb.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, analitiklərin sözlərinə görə, ötən 13 ayda axtarış trafikinin payı 41,83-dən 39,37%-dək azalıb, sosial trafikin payı isə 11,23-dən 23,69%-dək artıb. Bu məlumatlar aylıq auditoriyası 250 milyon unikal istifadəçiyə malik 200 min saytdan əldə olunmuş informasiyaya əsaslanır.

Ekspertlər dünyanın beş aparıcı axtarış sistemi (“Google”, “Yahoo!”, “Bing”, “Ask” və “AOL”) və beş əsas sosial şəbəkənin (Facebook, Pinterest, Twitter, Stumble Upon və Reddit) trafikini araşdırıblar.

Emil Hüseynov



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024