Tarix:19/12/13
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, islahatlar zamanı elmdə innovasiyanın, İKT-nin, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir.
"Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır" - deyən A.Əlizadə bildirib ki, hazırda AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib.
Onun sözlərinə görə, alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır.
"İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir. Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər edib. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr hazırlığı məsələsidir və bu prosesdə gənclərin potensialından səmərəli istifadə etməliyik"- deyə, AMEA prezidenti vurğulayıb.
SEYMUR
Akif Əlizadə: “Qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ciddi islahatlar həyata keçirilir”
Azərbaycanın intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir."ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, islahatlar zamanı elmdə innovasiyanın, İKT-nin, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir.
"Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır" - deyən A.Əlizadə bildirib ki, hazırda AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib.
Onun sözlərinə görə, alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır.
"İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir. Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki ölkə prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər edib. Hazırda bizim qarşımızda duran əsas vəzifələrdən biri kadr hazırlığı məsələsidir və bu prosesdə gənclərin potensialından səmərəli istifadə etməliyik"- deyə, AMEA prezidenti vurğulayıb.
SEYMUR
Baxış sayı: 1234
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır