Tarix:19/12/13
Xüsusilə hesab olunur ki, Azərbaycanın regionlarında yaşayan gənclərin İT sahəsində bacarıqlarının daha da genişləndirilməsi, sözügedən istiqamətdə maarifləndirici tədbirlərin təşkili aktual məsələlərdəndir.
Ona görə də "Regionlarda Məktəblərarası İT Yarışması" layihəsi çərçivəsində 4 rayonda bilik sınaqları keçirilib.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan məlumat verilib. Qeyd olunub ki, adıçəkilən fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Cəlilabad, Masallı, Lənkəran və Lerik rayonlarının gəncləri əvvəlcədən müəyyən olunan orta məktəbin tədris binasında biliklərini sınayıblar. Yarışmada həmin rayon ərazisində yerləşən bütün təhsil müəssisələrinin komanda şəklində təmsil olunması üçün rayon təhsil şöbəsi vasitəsilə bütün məktəblərə məlumat verilib.
Test şəklində tərtib olunmuş suallar moderator tərəfindən səsləndirilib. Cavablandırdığı düzgün suallara görə "ilk 10-luq" sahibi olan komandalar elan olunub. Təşkilat komitəsi tərəfindən nəticələr yoxlandığı vaxt ərzində İT ilə bağlı müzakirə paneli təşkil olunub.
SEYMUR
Regionlarda İT yarışması keçirilib
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sahənin inkişafına töhfə verə biləcək layihələrin keçirilməsi üçün stimul rolunu oynadı. İl ərzində bu istiqamətdə həyata keçirilən tədbirlərlə yanaşı, ölkə vətəndaşlarının İKT biliklərinin artırılması da diqqət mərkəzində saxlanılıb.Xüsusilə hesab olunur ki, Azərbaycanın regionlarında yaşayan gənclərin İT sahəsində bacarıqlarının daha da genişləndirilməsi, sözügedən istiqamətdə maarifləndirici tədbirlərin təşkili aktual məsələlərdəndir.
Ona görə də "Regionlarda Məktəblərarası İT Yarışması" layihəsi çərçivəsində 4 rayonda bilik sınaqları keçirilib.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan məlumat verilib. Qeyd olunub ki, adıçəkilən fondun maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Cəlilabad, Masallı, Lənkəran və Lerik rayonlarının gəncləri əvvəlcədən müəyyən olunan orta məktəbin tədris binasında biliklərini sınayıblar. Yarışmada həmin rayon ərazisində yerləşən bütün təhsil müəssisələrinin komanda şəklində təmsil olunması üçün rayon təhsil şöbəsi vasitəsilə bütün məktəblərə məlumat verilib.
Test şəklində tərtib olunmuş suallar moderator tərəfindən səsləndirilib. Cavablandırdığı düzgün suallara görə "ilk 10-luq" sahibi olan komandalar elan olunub. Təşkilat komitəsi tərəfindən nəticələr yoxlandığı vaxt ərzində İT ilə bağlı müzakirə paneli təşkil olunub.
SEYMUR
Baxış sayı: 719
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır