12px13px15px17px
Tarix:19/12/13

Xəzər Universitetində “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatı keçirilib

Cari ilin 18 dekabr tarixində Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadi Siyasət və İnkişaf Mərkəzinin dəvəti ilə həmin universitetdə “TASİM” layihəsinin Katibliyi tərəfindən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin təqdimatı keçirilib.
 
Layihənin idarəetmə qrupunun rəhbəri Zaur Həsənov “TASİM” layihəsi haqda ətraflı təqdimatla çıxış edərək sözügedən layihənin regional əhəmiyyəti, ümumi, texniki və iqtisadi konsepsiyaları, BMT tərəfindən qəbul edilmiş üç qətnamə ilə ifadə olunan beynəlxalq dəstək, reallaşma imkanları və layihə iştirakçıları tərəfindən imzalanmış Anlaşma Memorandumu barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Tədbirdə iştirak edən Katibliyin digər əməkdaşları - Fikrət Paşayev və Rasim Səfərov layihənin informasiya cəmiyyətinin inkişaf etdiyi bir dövrdə sosial-iqtisadi əhəmiyyəti, vacibliyi və gələcək perspektivləri barədə məlumat veriblər.
 
Təqdimat tədbir iştirakçılarının maraqlarına səbəb olmuş, onları maraqlandıran suallar Katibliyin əməkdaşları tərəfindən cavablandırılmışdır.
 
“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi vacib regional təşəbbüsdür və onun məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
 
“TASİM” uzunmüddətli təşəbbüsdür və mərhələlərlə həyata keçiriləcəkdir. Region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı baxımından fərqlidir. Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksəksəviyyəli İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.
 
 



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024