12px13px15px17px
Tarix:19/12/13

Cənubi Koreya 2020-ci ilədək “5G” mobil rabitəsini istismara verməyi planlaşdırır

2020-ci ilədək Koreya Respublikasında beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə veriləcək ki, onun sürəti LTE mobil məlumatların ötürülməsi texnologiyası sürətindən (saniyədə 100 meqabit) 1000 dəfə daha çox olacaq. Mobil rabitə operatorları təxminən saniyədə 1 qiqabit internetə qoşulma sürətini təmin edə biləcəklər. Bir səhifənin yüklənmə sürəti bir milli saniyə olacaq. Hazırda bu göstərici 1 saniyədir.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 2015-ci ildə yeni texnologiyanın imkanlarının ilkin nümayişi planlaşdırılıb və 2018-ci ildən etibarən isə onun təcrübədə sınaqlarına  başlanılacaq.

Təxminlərə əsasən, yalnız 2020-2026-cı illərdə beşinci nəsil mobil rabitəsi 570 trilyon (514.5 milyard dollar) məbləğində bazar yaradacaq.

"Saniyədə 1 qiqabit sürət baza stansiyasına deyil, fərdi istifadəçilərin ixtiyarına veriləcək" – Koreya agentliyinin əməkdaşı Çan Çon deyib.

Emil Hüseynov
 



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024