Tarix:20/12/13
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhali və qeyri-əhali qrupu abunəçiləri üçün verilmiş smart kartların daha bir ödəmə köşkündə - “eManat” terminallarında yüklənməsinin tətbiqinə başlanıb.
“Azərsu”dan verilən məlumata görə, ASC-nin ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə əldə etdiyi razılığa əsasən, Səhmdar Cəmiyyətin bu sahə üzrə məlumatları “eManat” ödəmə terminallarına inteqrasiya olunub. Bununla da həmin terminallar tərəfindən “Azərsu” ASC-nin smart-kartlarının oxunması və müvafiq əməliyyatların aparılması təmin edilib.
Ödənişlərin aparılması və smart kartlara balansın yüklənməsi üçün “eManat” ödəniş terminallarının ekranında “Azərsu” bölməsini, sonra “smart-karta yükləmə” panelini seçmək lazımdır. Bu zaman terminalın ekranında əhali və qeyri-əhali abunəçiləri üçün müvafiq panellər seçilməlidir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Terminallara daxil edilən məbləğ real zaman rejimində həyata keçirilir və smart-kartlara balans yüklənilir. Ödəniş başa çatdıqdan sonra ödəmə qəbzi çap olunur.
Növbəti mərhələdə abunəçilər yüklənmiş kartı sayğaclara daxil edib balanslarını artırırlar.
Məlumat üçün bildirək ki, hazırda respublikada 700-yə yaxın “eManat” köşkü fəaliyyət göstərir ki, bunların da 80-i regionlarda quraşdırılıb.
Qeyd edək ki, “Azərsu” ASC-nin abunəçiləri “MilliÖn” ödəniş terminallarında da ödəniş aparmaq imkanına malikdirlər. Hər iki terminalda yükləmə prosesi analoji qaydada aparılır və istifadəçilər üçün eyni statusa malikdir.
CAHANGİR
Artıq Azərbaycanın su operatorunun abunəçiləri smart kartları “eManat” terminallarında yükləyə bilərlər

Baxış sayı: 1614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib