Tarix:20/12/13
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkəmizdə tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi və əlilliyin təyinatı zamanı şəffaflıq prinsipinin təmin olunması üçün mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar proqramının müəyyən edilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
Hazırda respublikada tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə cavab vermədiyini və əlillik təyinatlarının aparılması prosedurunda subyektiv yanaşmalara şərait yaratdığını qeyd edən Səlim Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, aparılacaq islahatlar ilk növbədə bu sistemin avtomatlaşdırılmasını, beləliklə, əlilliyin müəyyən olunması prosesində məmur-vətəndaş kontaktının aradan qaldırılmasını, tibbi-sosial ekspertiza xidmətində məqsədyönlü struktur dəyişikliklərini təmin etməlidir. Görüşdə ayrı-ayrı dünya ölkələrinin uyğun sahədə təcrübələri və onların yerli şəraitdə tətbiqi imkanları nəzərdən keçirilib, səslənən təkliflərlə bağlı müzakirələr aparılıb. Əlillik qrupu almaq üçün əyani müraciət formasının aradan qaldırılması və vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onların xəstəlik tarixçələri barədə müvafiq orqanın elektron informasiya bazasından məlumat əldə olunması təklifi diqqətdə saxlanılıb.
Eyni zamanda, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin daha çox formal bir qurum kimi mövcud olduğu nəzərə alınmaqla, bu struktur vahidinin ləğv edilməsi və ilkin əlilliyin təyini zamanı mürəkkəb ekspertiza tələb edən halların araşdırılması üçün Respublika Əlillərin Bərpa Mərkəzi nəzdində müasir avadanlıqlarla təchiz edilmiş aidiyyəti sektorun yaradılması məqsədəuyğun sayılıb.
Həqiqət İSABALAYEVA
Əlillik təyinatlarının aparılması proseduru avtomatlaşdırılacaq
Əlillik təyinatlarının aparılması proseduru avtomatlaşdırılacaq. Bu məsələ əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dünya Bankının ekspertlər qrupu ilə görüşündə müzakirə edilən əsas istiqamətlərdən biri olub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə ölkəmizdə tibbi-sosial ekspertiza xidmətinin təkmilləşdirilməsi və əlilliyin təyinatı zamanı şəffaflıq prinsipinin təmin olunması üçün mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar proqramının müəyyən edilməsi məqsədilə fikir mübadiləsi aparılıb.
Hazırda respublikada tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə cavab vermədiyini və əlillik təyinatlarının aparılması prosedurunda subyektiv yanaşmalara şərait yaratdığını qeyd edən Səlim Müslümov dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə şəffaf fəaliyyət mexanizminin qurulmasının nazirlik qarşısında əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, aparılacaq islahatlar ilk növbədə bu sistemin avtomatlaşdırılmasını, beləliklə, əlilliyin müəyyən olunması prosesində məmur-vətəndaş kontaktının aradan qaldırılmasını, tibbi-sosial ekspertiza xidmətində məqsədyönlü struktur dəyişikliklərini təmin etməlidir. Görüşdə ayrı-ayrı dünya ölkələrinin uyğun sahədə təcrübələri və onların yerli şəraitdə tətbiqi imkanları nəzərdən keçirilib, səslənən təkliflərlə bağlı müzakirələr aparılıb. Əlillik qrupu almaq üçün əyani müraciət formasının aradan qaldırılması və vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi üçün onların xəstəlik tarixçələri barədə müvafiq orqanın elektron informasiya bazasından məlumat əldə olunması təklifi diqqətdə saxlanılıb.
Eyni zamanda, Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin daha çox formal bir qurum kimi mövcud olduğu nəzərə alınmaqla, bu struktur vahidinin ləğv edilməsi və ilkin əlilliyin təyini zamanı mürəkkəb ekspertiza tələb edən halların araşdırılması üçün Respublika Əlillərin Bərpa Mərkəzi nəzdində müasir avadanlıqlarla təchiz edilmiş aidiyyəti sektorun yaradılması məqsədəuyğun sayılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır