12px13px15px17px
Tarix:21/12/13

2013-cü ilin 10 əsas texnoloji trendləri (FOTOLAR)

Geridə qoyduğumuz il İT bazarı üçün "bükük" televizorlar, "bitkoin", smartfon "müharibəsi"nin yeni dövrü, "Google Glass" smart eynəkləri və bir çox başqa texnoloji yeniliklərlə yadda qalıb.
 

 

2013-cü ildə mobil qurğu istehsalçıları 5-7 düym diaqonallı ekranla təchiz edilmiş cihaz istehsalına üstünlük veriblər. Yeni cihazlar fabletlər adlandırılıb.
Smartfon istehsalçıları eyni zamanda qabaqcıl modellərində ekranın ölçüsünü artırıblar. "Samsung", "Nokia", "LG" və "Lenovo" şirkətləri bu istiqamətdə daha aktiv olublar. Lakin "Apple" şirkəti əvvəlki formatına sadiq qalıb: yeni "iPhone 5S/C" smartfonunda ekranın diaqonalı  düym təşkil edir. Bununla belə, bazar öz qaydalarını diktə edir və şayiələrə görə, "Apple" gələn il silahını yerə qoyacaq.
 
Transformerlər
 

 
2013-cü ilin əsas yeniliklərindən biri noutbuk və planşetin hibridini təşkil edən, yüngül və nazik ultrabuk-transformerlər olub. Bu sinfə məxsus qurğular xeyli müddətdir bazara çıxarılıb, lakin uzun müddət onlara kütləvi tələbat olmayıb. Texnologiyaların natamamlığı, həmçinin əlverişli proqramların yoxluğu ultrabuk seqmentinin çiçəklənməsinə mane olub.




2013-cü ildə "Lenovo", "Asus", "Acer" kimi şirkətlər bu problemi aradan qaldırmağa cəhd ediblər. "Microsoft" və "Google" şirkətləri tərəfindən də dəstək verilib. Bu bazarda mübarizə hələ indi başlayır və 2014-cü ildə daha maraqlı olacaq.
 
 
Smartfonlar
 
2013-cü ildə smartfon istehsalçıları arasında güclü rəqabət olub. Bu isə alıcılar üçün sərfəlidir, nəticədə yeni maraqlı məhsullar ortaya çıxır.
 
"Apple"

"Apple" şirkəti ucuz "iPhone 5C" smartfonunu çıxarıb, barmaq izinin tanınması texnologiyası ilə qorunmuş "iPhone 5S" cihazı isə şirkətin ənənəvi pərəstişkarlarının ixtiyarına verilib. Həmçinin "alma" şirkəti 64 bit prosessor və "4G LTE" şəbəkələrini tam dəstəkləməklə irəliyə doğru bir addım atmış olub.
 
Smartfon+foto

2013-cü ildə 41 meqapiksellik fotokamera və yarımpeşəkar fotoredaktə üçün alətlər dəsti ilə təchiz edilmiş "Nokia Lumia 1020" smartfonu  bazara çıxarılıb. Nəticədə başqa smartfon istehsalçıları tələm-tələsik yeni cihazlarına yüksək təsvir ölçülü kamera quraşdırıblar. Hazırda orta təsvir ölçüsü 16 MP-dir və bu göstərici getdikcə artır.
 
Bükük dizayn

2013-cü ildə bükük ekranla təchiz edilmiş ilk modellər çıxarılıb. "LG G-Flex" və "Samsung Galaxy Round" əsas favoritlərdir. Lakin bazar hələ bu trendin gücünü dərk etməyib: güman ki yüksək qiymət onu qorxudub.
 
 
 
8 nüvə

2013-cü ilin sonunda "MediaTek" şirkəti 8 nüvəli arxitekturaya malik "MT6592" prosessorunu istehsal edib. Bundan öncə səkkiznüvəli cihazların prosessorları hesablama gücünə görə qeyri-bərabər 8 nüvədən ibarət olub ki, bu da onların məhsuldarlığına təsir edib. Smartfon istehsalçıları buna dərhal yeni model buraxılışı ilə reaksiya veriblər. Lakin məlum olub ki, "MediaTek"in yeni prosessoru zəif işləyən nüvələr əsasında yığılıb. 2014-cü ili gözləmək lazım olacaq.
 
Smart saatlar

 
2013-cü ildə daşınan qurğular bazarı sürətlə inkişaf edib. "Transparency Market Research" şirkətinin araşdırmasına əsasən, 2012-ci ildə bu bazarın həcmi təxminən 750 milyon dollar olub və 2018-ci ilədək 5,8 milyard dollara çatmalıdır. Ümumi orta illik artım sürəti 40,8% təşkil edəcək.





Bu bazarda "ağıllı" saat daha böyük maraq kəsb edir və əsas mübarizə "Samsung" və "Sony" şirkətləri arasında gedir.

Fitnes cihazlar

 
İlk fitnes cihazlar 2012-ci ildə istifadəyə verilib. Dərhal da onların çatışmayan cəhətləri məlum olub. Məsələn, "Jawbone Up" qolbağında daxili akkumulyatorun avtonom iş müddəti çox qısa olub.




2013-cü ilin əvvəlində ikinci nəsil idman qurğuları bazara çıxarılıb,  dekabrda isə istehsalçılar bir sıra modelləri yeniləyiblər və onları üçüncü nəsil fitnes cihazlar adlandırıblar. Yeni nəsil qolbaqlar öz sahibinə onun həyat tərzinin sağlamlığı haqqında tam əhatəli məlumat verməyə "qadirdir".
"Nike" bu bazarın əsas "oyunçu"larından biridir: 2013-cü ilin ən populyar fitnes-cihazını (Nike+FuelBand) buraxıb. Sözügedən qurğunun  pərəstişkarlarının sayı 20 milyon təşkil edir. "Juniper Research" analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ilədək fitnes-qurğular bazarının həcmi 10 dəfə artaraq 19 milyard dollara çatacaq.
 
 
Smart eynəklər

 
"Google" şirkətinin "Glass" smart eynəkləri artıq ikinci il bu seqmentdə ən yaxşı məhsulların reytinqində yer alır. 2012-ci ildə heç kəs onlara toxunmasa da, "ilin ən ümidverici cihazı" adlandırılıb. 2013-cü ildə "Google", nəhayət, məhdud sayda smart eynəyi sınaqdan keçirmək üçün sərbəst tərtibatçıların ixtiyarına verib.






"Google Glass" hələ bazara çıxarılmayıb, lakin onların istifadəsində artıq bir çox risklər aşkarlanıb: məsələn, qanunsuz videoçəkiliş aparmaq, eynəyə görə diqqətin yayınması yol qəzalarına səbəb ola bilər və s.
 

 
Oyun konsolları

 
2013-cü ilin noyabr ayı oyun konsolları bazarında mühüm mərhələ olub: çoxdan gözlənilən "Microsoft Xbox One" və "Sony PlayStation 4" modelləri satışa çıxarılıb. "Microsoft" birinci gün 24 saat ərzində 1 milyondan çox "Xbox One" oyun konsolu satıb. "Sony" şirkətinin cavabı özünü çox gözlətmədi: birinci həftədə bir neçə milyon həcmində satış.





Oyun konsolları dünyası inamla inkişaf edir və onun əsas məqsədi artırılmış reallığın yaradılmasıdır. Ötən il bazarda oyun konsollarını "Google Glass" smart eynəyi ilə birlikdə tətbiq etməyə icazə verən ilk proqramlar çıxarılıb.
 
 
 
Bahalı cihazlar

 
İlin trendlərində bahalı məhsullar mövzusu heç də tez-tez xatırlanmır, lakin 2013-cü il istisna olub. 24 karatlıq qızılla işlənmiş eksklüziv "iPhone 5S" smartfonu modelinin buraxılışı "Apple" pərəstişkarları arasında böyük maraq doğurub. Həmçinin avtomobil istehsalçıları (Tonino Lamborghini, Porsche Design) bahalı smartfonlar istehsal ediblər.






Çin bahalı məhsulların əsas istehlakçısına çevrilir. Proqnozlara görə, 2013-cü ildə bahalı smartfon seqmentində alışlara 102 milyard dollar xərclənəcək ki, bunun da təxminən 28 milyard dolları Çin bazarının payına düşəcək.
 
 
 
Bükük ekranlı televizorlar

 
Son zamanlar televizor bazarında əsas trend 3D texnologiyalar olsa da, lakin bükük ekran formalı televizorların istehsalı trend dəyişib.





Müasir izləyici yüksək təsvir ölçüsü, əyləncəli süjetlə kifayətlənmir: o, film, xəbər izlədikdə, artırılmış reallıq elementlərinə malik oyunlar zamanı iştirak effekti görmək istəyir. 3D televizor istehsalçılarının müntəzəm şəkildə müvafiq məzmun təqdim edəcəyi ilə bağlı söz verməsinə baxmayaraq, lakin bu alınmayıb və istehlakçı isə uzun müddət gözləmir.

Tezliklə məlum olub ki, çox yüksək təsvir ölçülü bükük formalı böyük TV ekranında məzmuna baxmaqla iştirak effekti əldə etmək olar.
 
 
 
"Bitkoin"lər

 
"Bitkoin" rəqəmli virtual valyutası 2009-cu ildə çıxarılıb, 2013-cü il isə onun çiçəklənmə dövrü olub. "Bitkoin"lər uzun müddət yalnız "çoxtərəfli klirinq əməliyyatları"nda istifadə edilə bilən adi  pul variantı hesab edilirdi.




Lakin 2013-cü ildə Kanadada istifadəyə verilmiş bankomatlarda "bitkoin"ləri kağız valyutaya dəyişmək mümkün olub.

Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 4070

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024