Tarix:21/12/13
Aparatları Tayvan şirkəti istehsal edəcək. Əməkdaşlıq sazişi beş il müddətinə imzalanıb. İlk partiya 2014-cü ilin əvvəlində tədarük ediləcək. Smartfonlar “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək. “TechCrunch” bloqu şirkətin direktoru Con Çenə istinadən dəqiqləşdirib ki, “BlackBerry” şirkəti təklikdə bahalı aparatların hazırlanması ilə məşğul olacaq.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “BlackBerry”, həmçinin üçüncü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin zərəri 1,2 milyard dollar olub. “BlackBerry” şirkəti son illər bazarda “Apple” və “Android” platforması ilə işləyən aparat istehsalçılarından xeyli geri qalıb. Kanada şirkəti 2013-cü ilin əvvəlində yeni əməliyyat sistemi çıxarmaqla mövqeyini möhkəmləndirməyə çalışıb. 2013-cü ildə “BB10” ilə işləyən dörd smartfon çıxarılıb ki, onlara da tələbat aşağı olub. Şirkətin hesabatına əsasən, üçüncü rübdə 4.3 milyon smartfon satılıb ki, onların yalnız 1.1 milyonu yeni əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
“BlackBerry” ucuz smartfon istehsal edəcək
“BlackBerry” şirkəti Tayvanın müqavilə üzrə işləyən elektronika istehsalçısı “Foxconn” şirkəti ilə əməkdaşlıq edəcək. Əməkdaşlıq sazişinin şərtlərinə görə, “BlackBerry” və “Foxconn” inkişaf etməkdə olan bazarlar üçün birgə ucuz smartfonlar hazırlayacaqlar.Aparatları Tayvan şirkəti istehsal edəcək. Əməkdaşlıq sazişi beş il müddətinə imzalanıb. İlk partiya 2014-cü ilin əvvəlində tədarük ediləcək. Smartfonlar “BlackBerry 10” əməliyyat sistemi ilə işləyəcək. “TechCrunch” bloqu şirkətin direktoru Con Çenə istinadən dəqiqləşdirib ki, “BlackBerry” şirkəti təklikdə bahalı aparatların hazırlanması ilə məşğul olacaq.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “BlackBerry”, həmçinin üçüncü rüb üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin zərəri 1,2 milyard dollar olub. “BlackBerry” şirkəti son illər bazarda “Apple” və “Android” platforması ilə işləyən aparat istehsalçılarından xeyli geri qalıb. Kanada şirkəti 2013-cü ilin əvvəlində yeni əməliyyat sistemi çıxarmaqla mövqeyini möhkəmləndirməyə çalışıb. 2013-cü ildə “BB10” ilə işləyən dörd smartfon çıxarılıb ki, onlara da tələbat aşağı olub. Şirkətin hesabatına əsasən, üçüncü rübdə 4.3 milyon smartfon satılıb ki, onların yalnız 1.1 milyonu yeni əməliyyat sistemi ilə işləyir.
Emil Hüseynov
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır