Tarix:23/12/13
ATGTİ-dən bildirilib ki, əsas məqsədi ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam etdirilməsi nəzərdə tutulub. Kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.
"Gəzən kitabxana" layihəsinə əsasən, səyyar kitabxana Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Quba, Tovuz, Qazax, Lənkəran, Astara, Cəlilabad, Sabirabad, Gəncə, Mingəçevir, Göyçay, Şamaxıda olub. Dekabr ayının ilk 10 günü ərzində isə Bərdədə olan "Gəzən kitabxana" rayonun gəncləri və sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Həqiqət İSABALAYEVA
“Gəzən kitabxana”da 10 min elektron kitab toplanıb
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb. Kitabxana bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz edilib.ATGTİ-dən bildirilib ki, əsas məqsədi ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam etdirilməsi nəzərdə tutulub. Kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.
"Gəzən kitabxana" layihəsinə əsasən, səyyar kitabxana Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Quba, Tovuz, Qazax, Lənkəran, Astara, Cəlilabad, Sabirabad, Gəncə, Mingəçevir, Göyçay, Şamaxıda olub. Dekabr ayının ilk 10 günü ərzində isə Bərdədə olan "Gəzən kitabxana" rayonun gəncləri və sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır