12px13px15px17px
Tarix:23/12/13

Silikon vadisinin əhalisi “Google” və “Apple” şirkətlərinə etiraz edir

ABŞ-ın San-Fransisko və Oklend şəhərlərinin əhalisi “Google” və “Apple” şirkətlərinin əməkdaşlarının avtobuslarına hücum edib. Əhalinin fikrincə, Silikon vadisində yerləşən nəhəng texnoloji şirkətlərin fəaliyyəti mənzillərin qiymətinin artmasına təsir göstərir. 

Bir qrup nümayişçi şirkətlərin əməkdaşlarını aparan avtobusun qarşısını kəsərək nəqliyyat vasitələrindən birinin şüşələrini sındırıb, eləcə də əməkdaşlardan Oklendi tərk etməyi tələb edən şüarlar səsləndirib,
vərəqələr paylayıblar.

Vərəqələrdə yazılanlardan aydın olur ki, San-Fransiskonun şəhər və rayonlarının əhalisi texnoloji şirkətləri regionda həyat tərzinin, xüsusilə şirkətlərin öz əməkdaşları üçün kirayələdiyi mənzillərin qiymətinin artmasında səbəbkar bilir. Belə ki, son ildə San-Fransiskoda kirayə mənzillər üçün qiymətlər 10 faizdən çox artıb, eləcə də bu müddət ərzində məhkəmənin qərarı ilə zorla evdən çıxarılma hallarında 25 faizlik artım qeydə alınıb.

“Siz rahat evdə yaşayırsınız, ətrafdakı yoxsul və evsizlərlə isə maraqlanmırsınız”, - vərəqədə deyilir.    
Bu hallar ilk dəfə deyil baş verir. Ötən həftə etirazçılar İT şirkətlərin əməkdaşlarını aparan digər avtobusun qarşısını kəsib. Avtobuslar etirazçıların hədəfinə çevrilib, çünki onlar San-Fransiskoda qeyri-bərabərliyin artmasının səbəbkarı hesab edilir, - “Digit www.digit.ru” yazır.  






Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024