12px13px15px17px
Tarix:23/12/13

Beyons sosial şəbəkələrdə ilin müğənnisi seçilib


 
“Starindex” xidmətinin hesabatına əsasən, 2013-cü ilin yekununa görə, “Facebook”da ən populyar müğənni Beyons, “Twitter”də isə Keti Perri olub.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, yekun siyahıların tərtibi zamanı "layk"lar və “Facebook”da şərhlər, “Last FM”-də səslənmə müddəti və dinləyicilərin sayı, “Twitter”də izləyicilərin sayı, “YouTube”-da baxış sayı,"VKontakte" istifadəçiləri tərəfindən yüklənmiş musiqi parçalarının sayı nəzərə alınıb.

Audio və videoresurslarda bir qədər fərqli mənzərə qeydə alınıb. “Last.FM” resursunda ötən il ən çox Daft Punka qulaq asılıb və “YouTube” videoportalında isə  Pitbullun iştirakı olan kliplər izlənilib.

Emil Hüseynov
 



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024