12px13px15px17px
Tarix:23/12/13

SAP mobil əlavələrində boşluqlar aşkar edilib


Rusiyanın “Digital Security” şirkəti səhiyyə ilə bağlı SAP mobil əlavələrində bir neçə boşluq olduğunu bildirib.  
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.com” saytına istinadən verdiyi məlumata əsasən, bu, SAP əlavələrində kənar şirkət tərəfindən aşkar edilmiş boşluqların ilk dəfə  bağlanma hadisəsidir.

Bu boşluqlar SAP-ın iki mobil əlavəsində “Digital Security” araşdırma mərkəzinin direktoru Dmitri Evdokimov tərəfindən  aşkar edilib. Onların arasında avtorizə edilməmiş (Unauthorized access), parol koduna daxil edilmiş (Hardcoded password for key store) və kritik məlumatın aşıqlanması (Information Disclosure) boşluqları var.

Aşkar edilmiş boşluqların təsviri “Digital Security” beynəlxalq şirkətinin törəmə şirkəti olan  “ERPScan” tərəfindən bu ilin aprel ayında SAP-a göndərilib.

SAP qeyd edilmiş boşluqları bu yaxınlarda korporativ təsnifatında SAP Note 1864518 nömrəsi altında buraxılan yenilənməsi ilə bağlayıb.


Aynur Vəliyeva



Baxış sayı: 614

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024