Tarix:24/12/13
Ötən il regionda 90 milyon istehlakçı ən azı bir dəfə onlayn ticarətlə alış-veriş edib. Böyük Britaniya, İrlandiya, Fransa, Belçika, Niderland və Lüksemburq kimi ölkələrin daxil olduğu Qərbi Avropa ticarət baxımından qitənin vacib regionu hesab olunur. Belə ki, Qərbi Avropanın ümumavropa bazarında payı 51 faiz təşkil edir. Regionda elektron ticarətin dövriyyəsində müəyyən artım müşahidə olunsa da, ötən illə müqayisədə zəifləyib. 2012-ci ildə ümumilikdə Avropada dövriyyənin həcmində 20 faizlik artım qeydə alınıb, lakin 2013-cü ildə 10 faizədək aşağı düşüb.
Ötən il olduğu kimi, bu il də elektron ticarətdə yüksək göstəriciləri Böyük Britaniya nümayiş etdirib. Birləşmiş Krallıqda onlayn satışın məbləği 96,2 milyard avro olub. Reytinqdə ikinci və üçüncü yerləri tutan Fransa və Niderlandın göstəriciləri müvafiq olaraq 53 və 10,5 milyard avroya bərabərdir.
Avropada elektron ticarət bazarının ən sürətli inkişafı İrlandiyada müşahidə olunur. Bu ölkədə onlayn ticarətin həcmi ildə orta hesabla 25 faiz artaraq 4,6 milyard avroya çatıb. Lakin qeyd etmək lazımdır ki, irlandiyalıların internetlə etdikləri alış-verişin təxminən dörddə bir hissəsi xarici mağazaların payına düşür. Belçikanın elektron ticarət bazarında artım 20 faizə bərabərdir, lakin burada satış həcmi nisbətən azdır. 2012-ci ildə bu göstərici 3 milyard avro olub.
Qərbi Avropada elektron ticarətin yüksək səviyyədə inkişaf etməsinin səbəblərindən biri kimi internetin nüfuzetmə səviyyəsi göstərilir. Region əhalisinin 83 faizi daimi internetə çıxış imkanına malikdir. Müqayisə üçün qeyd edək ki, ötən il ümumilikdə Avropa üzrə bu göstərici 66 faiz, Avropa İttifaqında 76 faiz təşkil edib. Məsələn, Niderlandda internetin nüfuzetmə səviyyəsi 94, Lüksemburqda 93, Böyük Britaniyada 83 faizə bərabərdir, - "IT Expert www.itexpert.org.ua” yazır.
Qərbi Avropada elektron ticarətin həcmi 173,8 milyard avroyadək artacaq
Ötən il Qərbi Avropada internet vasitəsilə satılan mal və xidmətlərin ümumi məbləği 158,1 milyard avro təşkil edib. Avropada elektron ticarətin fəallığını izləyən “Ecommerce Europe” təşkilatının son məlumatına görə, 2013-cü ildə bu məbləğ 173,8 milyard avroyadək artacaq.Ötən il regionda 90 milyon istehlakçı ən azı bir dəfə onlayn ticarətlə alış-veriş edib. Böyük Britaniya, İrlandiya, Fransa, Belçika, Niderland və Lüksemburq kimi ölkələrin daxil olduğu Qərbi Avropa ticarət baxımından qitənin vacib regionu hesab olunur. Belə ki, Qərbi Avropanın ümumavropa bazarında payı 51 faiz təşkil edir. Regionda elektron ticarətin dövriyyəsində müəyyən artım müşahidə olunsa da, ötən illə müqayisədə zəifləyib. 2012-ci ildə ümumilikdə Avropada dövriyyənin həcmində 20 faizlik artım qeydə alınıb, lakin 2013-cü ildə 10 faizədək aşağı düşüb.
Ötən il olduğu kimi, bu il də elektron ticarətdə yüksək göstəriciləri Böyük Britaniya nümayiş etdirib. Birləşmiş Krallıqda onlayn satışın məbləği 96,2 milyard avro olub. Reytinqdə ikinci və üçüncü yerləri tutan Fransa və Niderlandın göstəriciləri müvafiq olaraq 53 və 10,5 milyard avroya bərabərdir.
Avropada elektron ticarət bazarının ən sürətli inkişafı İrlandiyada müşahidə olunur. Bu ölkədə onlayn ticarətin həcmi ildə orta hesabla 25 faiz artaraq 4,6 milyard avroya çatıb. Lakin qeyd etmək lazımdır ki, irlandiyalıların internetlə etdikləri alış-verişin təxminən dörddə bir hissəsi xarici mağazaların payına düşür. Belçikanın elektron ticarət bazarında artım 20 faizə bərabərdir, lakin burada satış həcmi nisbətən azdır. 2012-ci ildə bu göstərici 3 milyard avro olub.
Qərbi Avropada elektron ticarətin yüksək səviyyədə inkişaf etməsinin səbəblərindən biri kimi internetin nüfuzetmə səviyyəsi göstərilir. Region əhalisinin 83 faizi daimi internetə çıxış imkanına malikdir. Müqayisə üçün qeyd edək ki, ötən il ümumilikdə Avropa üzrə bu göstərici 66 faiz, Avropa İttifaqında 76 faiz təşkil edib. Məsələn, Niderlandda internetin nüfuzetmə səviyyəsi 94, Lüksemburqda 93, Böyük Britaniyada 83 faizə bərabərdir, - "IT Expert www.itexpert.org.ua” yazır.
Baxış sayı: 730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib