12px13px15px17px
Tarix:24/12/13

“ABI Research”: “Samsung” korporativ smartfonlar seqmentində “Apple”ı üstələyib”

“ABI Research” şirkəti analitiklərinin fikrincə, Cənubi Koreyanın “Samsung” şirkəti korporativ smartfonlar seqmentində ABŞ-ın “Apple” korporasiyasını qabaqlayaraq lider olub, “BlackBerry” liderlər üçlüyünün sonunda yer alıb. Tədqiqatçılar bazarın qiymətləndirilməsi üçün müxtəlif kateqoriyalarda balların (“Satış”, “İnnovasiya” və s.) daxil olduğu “istehsalçı göstəricisi”ndən istifadə ediblər. 

Ümumilikdə doqquz nəhəng OEM-istehsalçı qiymətləndirilib. Onların müqayisəsi üçün on səkkiz meyardan, o cümlədən iş funksiyalarının idarə edilməsi, tərəfdaşlıq əlaqələri və biznes istifadəçilərinin loyallığından istifadə olunub. “Samsung”a birinci yeri tutmağa imkan verən əsas amillər arasında böyük şaxələndirilmiş tərəfdaşlıq şəbəkəsi və “Android” əməliyyat sistemi bazası əsasında inteqrasiya edilmiş korporativ həllər təqdim etməsi qeyd edilir.

“Samsung” və “Apple” arasında fərq cüzi – bir baldan az olub. “Apple” istifadəçilərin “iOS” əməliyyat sisteminə xüsusi loyallığı sayəsində “Satış” kateqoriyasında yüksək qiymətə layiq görülüb. “Samsung” isə geniş çeşidli korporativ qurğularla “İnnovasiya” kateqoriyasında və ən yaxşı təhlükəsizlik funksiyası seçimi ilə qalib olub. Kanadanın “BlackBerry” şirkəti korporativ bazarda mövqeyini itirməkdə davam edir. Lakin buna baxmayaraq ekspertlər şirkətin həllərində təhlükəsizlik funksiyasının tətbiqini hələ də yüksək qiymətləndirirlər.

Mütəxəssislər hesab edirlər ki, korporativ smartfonlar seqmentini yüksək inkişaf və rəqabət artımı gözləyir. Xatırladaq ki, bu yaxınlarda “LG” şirkəti “Gate” məhsulu ilə korporativ bazara çıxdığını bəyan edib, - "3DNews www.3dnews.ru” yazır.  



Baxış sayı: 698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024