Tarix:24/12/13
Nəticədə bu yaxınlarda "Acer"in Çindəki biznesinin rəhbəri Çen Qovey istefa verib. Yaxın gələcəkdə şirkətin EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionundakı baş korporativ vitse-prezidenti və əməliyyatlar üzrə prezidenti Uolter Depplerin istefaya gedəcəyi gözlənilir.
Bu xəbərlərin ardınca "Acer" rəsmən Tayvanın "TSMC" yarımkeçiricilər müəssisəsinin satış üzrə keçmiş rəhbəri Ceyson Çenin yeni icraçı direktor təyin edilməsini açıqlayıb. O, yanvarın 1-dən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayaraq şirkətə rəhbərlik edəcək. C.Çen vəzifəsində "Acer"in yaradıcısı və Direktorlar Şurasının sədri kimi fəaliyyətini davam etdirəcək S.Şini əvəz edəcək.
Dünyanın aparıcı fərdi kompüter istehsalçılarından biri olan Tayvanın "Acer" şirkəti smartfon və planşetlərin dünya fərdi kompüterlərin satış həcminə mənfi təsiri fonunda mobil bazara çıxışla bağlı problemlərə görə çətin dövrünü yaşayır. Ötən ay şirkət üçüncü rübdə 446 milyon dollar məbləğində maliyyə itkisi ilə üzləşdiyini bəyan edib ki, bu da gözləniləndən yüksək olub. Bundan başqa, istehsalçı strukturun yenidən qurulması çərçivəsində dünya üzrə əməkdaşlarının sayını 7 faiz azaltmağı planlaşdırır.
21 yanvar 2014-cü ildə "Acer" tədarükçülərin iştirakı ilə konfrans keçirəcək, - "3DNews www.3dnews.ru" yazır.
“Acer” yaradıcısı aktiv yeniliklər və rəhbər dəyişikliyi edir
Noyabrın əvvəlində "Acer"in itkilərlə üzləşməsi səbəbindən şirkət rəhbəri və Direktorlar Şurasının sədri Cey Ti Vanqın vəzifə səlahiyyətlərinə xitam verməsi məlum olub. Bir neçə həftə sonra Direktorlar Şurasının qərarı ilə şirkət rəhbərliyinə gətirilən "Acer" yaradıcısı Sten Şi dərhal biznesi yenidən qurmağa və rəhbərlikdə dəyişikliklər aparmağa başlayıb.Nəticədə bu yaxınlarda "Acer"in Çindəki biznesinin rəhbəri Çen Qovey istefa verib. Yaxın gələcəkdə şirkətin EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionundakı baş korporativ vitse-prezidenti və əməliyyatlar üzrə prezidenti Uolter Depplerin istefaya gedəcəyi gözlənilir.
Bu xəbərlərin ardınca "Acer" rəsmən Tayvanın "TSMC" yarımkeçiricilər müəssisəsinin satış üzrə keçmiş rəhbəri Ceyson Çenin yeni icraçı direktor təyin edilməsini açıqlayıb. O, yanvarın 1-dən etibarən vəzifə səlahiyyətlərinin icrasına başlayaraq şirkətə rəhbərlik edəcək. C.Çen vəzifəsində "Acer"in yaradıcısı və Direktorlar Şurasının sədri kimi fəaliyyətini davam etdirəcək S.Şini əvəz edəcək.
Dünyanın aparıcı fərdi kompüter istehsalçılarından biri olan Tayvanın "Acer" şirkəti smartfon və planşetlərin dünya fərdi kompüterlərin satış həcminə mənfi təsiri fonunda mobil bazara çıxışla bağlı problemlərə görə çətin dövrünü yaşayır. Ötən ay şirkət üçüncü rübdə 446 milyon dollar məbləğində maliyyə itkisi ilə üzləşdiyini bəyan edib ki, bu da gözləniləndən yüksək olub. Bundan başqa, istehsalçı strukturun yenidən qurulması çərçivəsində dünya üzrə əməkdaşlarının sayını 7 faiz azaltmağı planlaşdırır.
21 yanvar 2014-cü ildə "Acer" tədarükçülərin iştirakı ilə konfrans keçirəcək, - "3DNews www.3dnews.ru" yazır.
Baxış sayı: 574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır