12px13px15px17px
Tarix:25/12/13

Amerikalı təyyarə reysi üçün qeydiyyatdan “Facebook”dakı profili ilə keçib

ABŞ Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) əməkdaşları sənədlərini unudan sərnişinə təyyarə reysi üçün “Facebook” sosial şəbəkəsinin saytındakı profili vasitəsilə qeydiyyatdan keçməyə icazə veriblər.
Bu unutqan sərnişin populyar “Vimeo” videohostinqinin həmtəsisçisi Zak Klyayn olub. Bu barədə o, “Twitter”dəki səhifəsində məlumat verib. Lakin sonradan bildirib ki, “TSA” əməkdaşları onun üçün istisnaya yol verməyərək aviasiya daşımalarında qəbul edilən qaydalara uyğun hərəkət ediblər.

“TSA” nümayəndəsi Ross Faynstayn belə qaydaların mövcud olmasını təsdiq edib. Məsələn, idarə saytının bölmələrindən birində qeyd olunur ki, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədikdə, “TSA” əməkdaşları sərnişinin şəxsiyyətini müəyyənləşdirmək üçün açıq məlumatlar bazasının informasiyasından istifadə etmək hüququna malikdirlər. Eyni zamanda R.Faynstayn vurğulayıb ki, “TSA” şəxsiyyəti təsdiq etmək üçün sosial şəbəkələrin məlumatlarından istifadə etmir. “Biz açıq məlumat bazasından istifadə edirik”, - o əlavə edib.

Adətən dövlət idarələri ABŞ vətəndaşlarının şəxsiyyətini təsdiq etmək üçün “Facebook” səhifəsindəki məlumatlardan istifadə etməkdən imtina edirlər. Lakin son vaxtlar sosial şəbəkə sayt istifadəçilərinin şəxsiyyətinin diqqətlə yoxlanılması üzərində iş aparır. Belə ki, 13 yaşdan kiçik istifadəçilər səhifələrini şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməklə təsdiq etməlidir, - "Digit www.digit.ru” yazır.





Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024