Tarix:25/12/13
İcra hakimiyyətindən verilən məlumata görə, internet resursda "1646", "Sakinlərin nəzərinə", "Xidmətlərimiz", "Xəbərlər", "Qanunvericilik", "Faydalı məlumatlar" və "Bizimlə əlaqə" bölmələri yaradılıb.
İlk menyu olan "1646" menyusu vasitəsilə istifadəçilər xidmət haqqında – xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri və prinsipləri, xidmətə necə müraciət etmək haqqında, saytın ümumi xəritəsi ilə tanış ola biləcəklər.
Digər menyu olan "Sakinlərin nəzərinə" menyusunda vətəndaşların məlumatlandırılması üçün zəruri məlumatlar olacaq, xüsusən də "Elanlar" altmenyusu vasitəsilə rayon ərazisində kommunal xidmətlərin verilməsində baş vermiş fasilələr barədə məlumatlar bu altmenyuda öz əksini tapacaq.
Saytın yaradılmasında digər bir məqsəd isə şikayətlərin onlayn rejimində göndərilməsi imkanının yaradılmasıdır. Belə ki, istifadəçi "Xidmətlərimiz" bölümünə daxil olaraq adını, soyadını, ünvanını və digər zəruri məlumatları qeyd edir və şikayətin məzmununu formalaşdırır və sistem müraciətdəki məlumatların düzgünlüyünü yoxlayaraq istifadəçiyə şikayət nömrəsi göndərir.
Şikayətçi sistem tərəfindən ona verilən nömrə vasitəsilə şikayətin icra vəziyyətini yoxlaya bilir.
Bundan başqa, vətəndaşlar "Sual-cavab" bloku vasitəsilə bazaya əlavə edilmiş hazır sual və cavablarla tanış ola biləcək, "Sual ver" altbölməsi vasitəsilə isə yeni suallarını ünvanlaya biləcəklər.
"Xəbərlər" bölməsində respublikamızda, o cümlədən Binəqədi rayonunda keçirilmiş tədbirlər barədə məlumatlar yerləşdiriləcək.
İstifadəçilər "Qanunvericilik" bölməsi vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyası, Məcəllələr, Qanunlar, Fərman və Sərəncamlarla tanış ola biləcək, "Faydalı məlumatlar" bölməsində isə dövlət orqanlarının saytları, "qaynar xətt" nömrələri və yerli təşkilatların ünvanları və telefon nömrələri, kommunal tariflər barədə və digər zəruri məlumatlar əldə edə biləcəklər.
"Bizimlə əlaqə" bölməsində rayonun elektron xəritəsi və rayon icra hakimiyyətinin digər rekvizitləri barədə məlumatlar öz əksini tapacaq.
CAHANGİR
Binəqədi rayonunun sakinləri üçün internet resurs hazırlanıb
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən Sakinlərin Müraciət Xidmətinin (1646) rəsmi internet saytı (bineqedi-1646.az) istifadəyə verilib.İcra hakimiyyətindən verilən məlumata görə, internet resursda "1646", "Sakinlərin nəzərinə", "Xidmətlərimiz", "Xəbərlər", "Qanunvericilik", "Faydalı məlumatlar" və "Bizimlə əlaqə" bölmələri yaradılıb.
İlk menyu olan "1646" menyusu vasitəsilə istifadəçilər xidmət haqqında – xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri və prinsipləri, xidmətə necə müraciət etmək haqqında, saytın ümumi xəritəsi ilə tanış ola biləcəklər.
Digər menyu olan "Sakinlərin nəzərinə" menyusunda vətəndaşların məlumatlandırılması üçün zəruri məlumatlar olacaq, xüsusən də "Elanlar" altmenyusu vasitəsilə rayon ərazisində kommunal xidmətlərin verilməsində baş vermiş fasilələr barədə məlumatlar bu altmenyuda öz əksini tapacaq.
Saytın yaradılmasında digər bir məqsəd isə şikayətlərin onlayn rejimində göndərilməsi imkanının yaradılmasıdır. Belə ki, istifadəçi "Xidmətlərimiz" bölümünə daxil olaraq adını, soyadını, ünvanını və digər zəruri məlumatları qeyd edir və şikayətin məzmununu formalaşdırır və sistem müraciətdəki məlumatların düzgünlüyünü yoxlayaraq istifadəçiyə şikayət nömrəsi göndərir.
Şikayətçi sistem tərəfindən ona verilən nömrə vasitəsilə şikayətin icra vəziyyətini yoxlaya bilir.
Bundan başqa, vətəndaşlar "Sual-cavab" bloku vasitəsilə bazaya əlavə edilmiş hazır sual və cavablarla tanış ola biləcək, "Sual ver" altbölməsi vasitəsilə isə yeni suallarını ünvanlaya biləcəklər.
"Xəbərlər" bölməsində respublikamızda, o cümlədən Binəqədi rayonunda keçirilmiş tədbirlər barədə məlumatlar yerləşdiriləcək.
İstifadəçilər "Qanunvericilik" bölməsi vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyası, Məcəllələr, Qanunlar, Fərman və Sərəncamlarla tanış ola biləcək, "Faydalı məlumatlar" bölməsində isə dövlət orqanlarının saytları, "qaynar xətt" nömrələri və yerli təşkilatların ünvanları və telefon nömrələri, kommunal tariflər barədə və digər zəruri məlumatlar əldə edə biləcəklər.
"Bizimlə əlaqə" bölməsində rayonun elektron xəritəsi və rayon icra hakimiyyətinin digər rekvizitləri barədə məlumatlar öz əksini tapacaq.
CAHANGİR
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib