Tarix:25/12/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilk qrant müsabiqəsini gələn ilin yanvar ayında keçirmək niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, fondun rəhbəri Elçin Zeynalov bildirib ki, yanvar ayında dövlət büdcəsindən fonda tələb olunan vəsaitlər veriləcək.
“Dövlət büdcəsindən vəsait ayrılan kimi biz artıq ilk qrant müsabiqəsini elan etməyə hazırıq”,- deyə o bildirib.
Qeyd edək ki, qısa müddət ərzində İT İnkişafı Dövlət Fondunun Müşahidə Şurası qısa müddət ərzində təşkilat fəaliyyətini təmin edəcək bütün sənədləri hazırlayıb və təsdiq edib. Qrant müsabiqəsinə təqdim ediləcək layihələrin qiymətləndirilməsi on iki meyar üzrə aparılacaq. Hər bir meyar üzrə layihəyə 1 və ya 0 qiymət verilə bilər. Səkkiz və ya daha artıq balla qiymətləndirilmiş layihələr ekspertizadan keçmiş hesab olunurlar.
Layihələrin əsas kompleks ekspertizasını Fondun tərkibində fəaliyyət göstərən mütəxəssislər həyata keçirəcəklər, lakin seçim prosesinə müstəqil ekspertlərin də cəlb edilməsi nəzərdə tutulub.
Aynur Vəliyeva
İTİDF-nin ilk qrant müsabiqəsi yanvar ayında keçiriləcək

Baxış sayı: 1212
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı