12px13px15px17px
Tarix:15/08/11

Axtarış sistemləri və elektron poçt hamıya lazım deyil

“Pew İnternet & American Life Project”-in bu yaxınlardakı tədqiqatı nəticəsində məlum olub ki, axtarış sistemləri və elektron poçtdan ümumdünya şəbəkəsinin 92% istifadəçisi istifadə edir.
Tədqiqatda təxminən 18 yaşdan yuxarı 2 300 insan iştirak edib; məlumat cari ilin aprel ayının 26-dan may ayının 22-nə kimi olan dövr ərzində toplanıb.
Məlum olub ki, internetə girişi olan 8% kompyuter sahibi axtarış sistemlərindən istifadə etmir və elektron məktublarla mübadilə etmirlər. Müqayisə üçün: 2002-ci ildə axtarış sistemləri təxminən 20% veb-auditoriya, poçt xidməti isə 10% üçün lazım deyildi.
2010-cu ildə veb-auditoriyanın sayı 2 milyard insan təşkil edib. Müqayisə üçün bildirək ki, 2009-cu ildə bu göstərici 1,86 milyard istifadəçi, 2000-ci ildə isə təxminən 250 milyon olub. İnkişaf etməkdə olan dövlətlərdə şəbəkədən təxminən 21%, inkişaf etmiş dövlətlərdə isə 71% insan istifadə edir.

http://www.compulenta.ru



Baxış sayı: 3222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






11 Oktyabr 2024

10 10 2024