Tarix:25/12/13
Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Azərbaycan bir tərəfdən, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, digər tərəfdən isə, bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaradıb.
Rektor onu da qeyd edib ki, insan hüquqları amili ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsası olub ki, bu da bilavasitə onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələnib. Rektor hazırda Prezident İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyətdən danışıb və ölkəmizin insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu bildirib, insan hüquqları sahəsində bir sıra sənədlərin imzalandığını da önə çəkib.
Eyni zamanda insan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən dövlətin bu sahədə elmi tədqiqatlara və kadr hazırlığına olan diqqətindən danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə də öz növbəsində ölkədə insan hüquqları sahəsindəki vəziyyətdən, bu sahəyə olan diqqət və qayğıdan bəhs edib.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyəti şəraitində insan hüquqları problemləri və onların həlli istiqamətləri”, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “İnformasiya hüququ hüququn yeni bir istiqaməti kimi: insan hüquqları aspektindən yeni yanaşmalar və beynəlxalq praktika” adlı məruzə ediblər.
Sonra konfrans işini bölmələrdə davam etdirib. “Dövlət və hüquq nəzəriyyəsi və tarixi”, “Konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “İnsan hüquqları”, “İnformasiya təhlükəsizliyi”, “Cinayət prosesi”, “Kriminalistika və məhkəmə ekspertizası”, “Cinayət hüququ və kriminologiya”, “Mülki hüquq və mülki proses”, “Əmək və ekologiya hüququ” bölməsində 180 məruzə dinlənilib.
Konfransda Rusiya Federasiyasından professor Revol Mirqalimoviç Valeyev, Ukraynadan professorlar - Vladimir Naumoviç Denisov, Leonid Dmitriyeviç Timçenko, professor Arif Quliyev, Polşadan professor Aleksandr Aleksandroviç Merejko, Türkiyədən professor Hüseyn Altac iştirak ediblər.
Bu gün eləcə də Bakı Dövlət Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında universitetin Hüquq fakültəsində yeni təsis ediləcək “İnformasiya hüququ” sahəsində magistratura təhsil pilləsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki elmi müəssisə BDU-nun Hüquq fakültəsində informasiya hüququ ixtisası üzrə magistratura pilləsində birgə proqramlar, mübadilələr, seminarlar, simpoziumlar, konfranslar və digər akademik təşəbbüslər yaradacaqlar. Memorandumu A. Məhərrəmov və AMEA-nın prezidenti A. Əlizadə imzalayıb.
Seymur Qasımbəyli
“Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri”
Bu gün Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 65-ci ildönümünə həsr edilmiş “Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Azərbaycan bir tərəfdən, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, digər tərəfdən isə, bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaradıb.
Rektor onu da qeyd edib ki, insan hüquqları amili ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsası olub ki, bu da bilavasitə onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələnib. Rektor hazırda Prezident İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyətdən danışıb və ölkəmizin insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu bildirib, insan hüquqları sahəsində bir sıra sənədlərin imzalandığını da önə çəkib.
Eyni zamanda insan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən dövlətin bu sahədə elmi tədqiqatlara və kadr hazırlığına olan diqqətindən danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə də öz növbəsində ölkədə insan hüquqları sahəsindəki vəziyyətdən, bu sahəyə olan diqqət və qayğıdan bəhs edib.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “İnformasiya cəmiyyəti şəraitində insan hüquqları problemləri və onların həlli istiqamətləri”, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “İnformasiya hüququ hüququn yeni bir istiqaməti kimi: insan hüquqları aspektindən yeni yanaşmalar və beynəlxalq praktika” adlı məruzə ediblər.
Sonra konfrans işini bölmələrdə davam etdirib. “Dövlət və hüquq nəzəriyyəsi və tarixi”, “Konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “İnsan hüquqları”, “İnformasiya təhlükəsizliyi”, “Cinayət prosesi”, “Kriminalistika və məhkəmə ekspertizası”, “Cinayət hüququ və kriminologiya”, “Mülki hüquq və mülki proses”, “Əmək və ekologiya hüququ” bölməsində 180 məruzə dinlənilib.
Konfransda Rusiya Federasiyasından professor Revol Mirqalimoviç Valeyev, Ukraynadan professorlar - Vladimir Naumoviç Denisov, Leonid Dmitriyeviç Timçenko, professor Arif Quliyev, Polşadan professor Aleksandr Aleksandroviç Merejko, Türkiyədən professor Hüseyn Altac iştirak ediblər.
Bu gün eləcə də Bakı Dövlət Universiteti və İnformasiya Texnologiyaları İnstitutu arasında universitetin Hüquq fakültəsində yeni təsis ediləcək “İnformasiya hüququ” sahəsində magistratura təhsil pilləsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən hər iki elmi müəssisə BDU-nun Hüquq fakültəsində informasiya hüququ ixtisası üzrə magistratura pilləsində birgə proqramlar, mübadilələr, seminarlar, simpoziumlar, konfranslar və digər akademik təşəbbüslər yaradacaqlar. Memorandumu A. Məhərrəmov və AMEA-nın prezidenti A. Əlizadə imzalayıb.
Seymur Qasımbəyli
Baxış sayı: 1312
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır