12px13px15px17px
Tarix:26/12/13

Noutbuklar üçün vahid adapter standartı yaradılacaq

“Gizmodo” yazır ki, Amerikanın “FINsix Corporation” şirkəti noutbuklar üçün ölçüsünə görə mobil telefonlar üçün adapter ölçüsündə enerjidoldurma  qurğusu təqdim edib.

İstehsalçı deyib ki, yenilik noutbuklar üçün ənənəvi adapter qurğusu ilə müqayisədə ölçüsünə görə 4 dəfə daha kiçik və çəkisinə görə 6 dəfə daha yüngüldür.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun gücü 65 vatt təşkil edir. Qurğu noutbuk üçün kabeldən başqa, smartfon və planşetlərin enerji ilə doldurulması üçün USB konnektorla təchiz edilib. Noutbuk və mobil qurğunu eyni anda enerji ilə yükləmək olar.

Sözügedən qurğu gələn ilin yanvarında Las-Veqasda keçiriləcək “CES” sərgisində təqdim ediləcək və 2014-cü ilin ortalarında satışa çıxarılacaq. Onun qiyməti hələ açıqlanmayıb.

Qeyd edək ki, 2014-cü ilin yazında Beynəlxalq Texniki Komissiya noutbuklar üçün vahid adapter standartını təsdiq etməlidir.

Emil Hüseynov
 



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024