12px13px15px17px
Tarix:25/12/13

“Mundo Internacional” jurnalı Azərbaycanda İKT-nin inkişafından yazıb

Azərbaycanda digər sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətli inkişafı dünya ictimaiyyətinin diqqətini çəkib. Belə ki, Meksikanın tanınmış və çoxsaylı abunəçi ordusuna malik “Mundo Internacional” jurnalında ölkəmizdə həyata keçirilən layihələrdən və əldə olunan nəticələrdən yazıb. Jurnalda yer alan “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” və “III Bakı Beynəlxalq Humanitar Forumu” başlıqlı iki məqalədə inkişaf tendensiyası rəqəmlərlə oxuculara çatdırılıb.
 
 Bu barədə ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü : 2003-2013” adlı məqalədə son 10 ildə Azərbaycan iqtisadiyyatının keçdiyi inkişaf yolu, iqtisadi irəliləyiş, qeyri-neft sektorunda 3 dəfə, sənaye sektorunda 2.8 dəfə, kənd təsərrüfatında 1.5 dəfə, tikinti sənayesində 7 dəfə, nəqliyyat və informasiya texnologiyaları sektorunda 3.2 dəfə artım qeydə alındığı, xarici ticarətin həcminin isə 8.8 dəfə artdığı diqqətə çatdırılıb.
 
  “III Bakı Beynəlxalq Humanitar Forumu” başlıqlı məqalədə isə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindən, prezident İlham Əliyevin Forumun açılış mərasimində iştirakı və nitq söyləməsindən, forumda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslərin, sabiq prezidentlərin, tanınmış elm, mədəniyyət xadimlərinin və “Nobel” mükafatı laureatlarının iştirakından, iştirakçıların çıxışlarından və “dəyirmi masa”larda müzakirə mövzularından bəhs olunub.
 
Forumun bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olması qeyd olunub.
 
SEYMUR



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024